Abstract

Study of the dynamics of acute left ventricular aneurysm of the heart, associated with myocardial infarction for 1,5-year, shows that in addition to the structural changes associated with remodeling, you can find unique structural changes of the heart's left ventricular. The clinical case feature forming his own interest that not only in the subendocardial localization of tumors but also caused by the increase in its progressive diastolik left ventricular failure within 1,5-year. Of course, in order to avoid hypertrophic cardiomyopathy, subendocardial trombus and intracardiac tumor would be holding the appropriateness heart biopsy.

Cover Letter

Ürəyin anevrizması dedikdə sistola vaxtı sol mədəcik divarının qabarması başa düşülür. Daha çox transmural infarktlarda rast gəlinir. Praktikada anevrizmadaxili trombu olan xəstələrə çox rast gəlinir. Adətən bu xəstələrdə antikoaqulyant müalicədən sonra trombun kiçilməsi müşahidə olunur. Lakin bu xəstədə aparılmış müalicələrə baxmayaraq kütlənin sol mədəciyin daxilinə doğru boyüməsi müşahidə olunmuşdur.

64 yaşlı xəstə 03.08.15 tarixdə miokard infarkti keçirmişdir. Xəstəliyin başlanmasını xəstə işinin ağır olması, açıq hava şəraitində 14 saat fasiləsiz günəşin altında ayaqüstə durması ilə əlaqələndirir. Xəstəliyi kürək nahiyyəsində olan şiddətli göynədici ağrı, bayılma ilə başlamışdır. Xəstəxanada olan müddətdə xəstədə təngnəfəslik, hərarətin yüksəlməsi , hipotenziya olmuş , antiişemik və antibiotik (ampisillin)  müalicəsi aparılmışdır. Xəstəxanadan kafi vəziyyətdə evə yazılmışdır. Ev şəraitində mualicəsini bir muddət davam etdirmiş və kəsmişdir. 

6 aydan sonra  17 fevral 2016-cı il tarixdə xəstə təngnəfəslik, uzanarkən boğulma, köp , ümumi zəiflik şikayətləri ilə ETKI-na ambulator müraciət edib və hospitalizasiya olunmuşdur. Xəstəyə geniş müayinələr aparılmışdır. Exokardioqrafiya (ExoKQ)-da sol mədəciyin sistolo-diastolik ölçüləri artmış, sol qulaqcıq genişlənmiş (SDÖ=6,6 sm, SSÖ=5,5 sm, LA=4.4 sm), sol mədəciyin sistolik funksiyası azalmışdır (AF=34,0%). Psevdonormal tipli diastolik disfunksiya, sol mədəciyin ön çəpər, ön-zirvə seqmentinin akinezi,zirvə nahiyyəsinin diskinezi, həmin nahiyyənin anevrizması, sol mədəcik boşluğunun yuxarı 3/1 hissəsini və yan divarını ehatə edən exopozitiv kütlə?qeyd edilir (şəkil 1, 2). Rəngli Doppler ExoKQ –də: II dərəcəli mitral requrqitasiya qeyd edilmişdir. Elektrokardioqrammada (EKQ)  sinus ritmi.Tək –tək mədəcik ekstrasistoliyasi. Hiss dəstəsinin sağ ayaqcığının natamam blokadasi. Sol mədəciyin ön çəpər, zirvə, yan divarının çapıq dəyişiklikləri fonunda xroniki qidalanma pozğunluğu qeyd olunmuşdur. Döş qəfəsinin rentgenskopiyasında ağ ciyərlərin emfizematozlu olması, damar şəklinin güclənməsi, sağ ağciyər kökünün genişlənməsi (a.pulmonales hesabına), iki tərəfli hidrotoraks –IX qabırğaya qədər müşahidə olunmuşdur. Diafraqmanın zəif hərəkət etməsi,  ürəyin hüdudlarının sola, bir qədər sağa boyüməsi, aortanın sərtləşməsi müşahidə olunmuşdur. Mədə rentgenskopiyasında xroniki qastrit qeyd olunmuşdur. Aparilan müvafiq müalicədən sonra xəstə kafi vəziyyətdə evə buraxılmışdır.

Ambulator şəraitdə müalicənin davam olunmasına baxmayaraq xəstə 10 ay  müddətində progressivləşən ürək çatışmazlığı (ÜÇ) əlamətləri ilə dəfələrlə ETKI –da müalicə almışdır. 3 ay öncə ExoKQ-də exopozitiv kütlənin olçüsü 5.8-5.7 sm olmuş və sol mədəcik boşluğunun yuxarı 2/3 hissəsinin obliterasiyasina səbəb olmuşdur (şəkil 3, 4). Sol mədəciyin sistolo-diastolik funksiyası aparılan müalicəyə baxmayaraq pisləşmişdir (SDÖ=7.5 sm, SSÖ=6.5sm, LA=4.4sm, AF=27,0% olmuşdur). 1 aydan sonra xəstə torakal kompyuter muayinəsindən keçirildi. Müayinənin nəticəsi: kardiomeqaliya, sol mədəcik zirvəsinin anevrizması və bu nahiyyədə patoloji substrat aşkar olunur. Tromb və endokardın disseksiyası inkar edilmir. Hər iki plevra boşluğunda maye toplantısı. Hər iki agciyərin interstisial ödemi və hər iki ag ciyərdə infiltrasiya sahələri.Tac damarların və aortanın divarında aterosklerotik düyünlər qeyd edilir (şəkil 5).

Hal-hazırda xəstənin vəziyyəti agır olaraq qalır. Xəstəliyin ağırlığı IV FS ÜÇ ilə əlaqədardir. Sahə kardioloqunun nəzarəti altında ev şəraitində ÜÇ simptomlarını azaltmaq üçün konservativ müalicə aparılır. Dərman mualicəsinə baxmayaraq xəstədə aşağı ətrafların ödemi, arabir uzanarkən, hərəkət zamanı təngnəfəslik müşahidə olunur. Xəstəyə kardiocərrahın konsultasiyası məsləhət görülmüşdür. 

Beləliklə, bu xəstədə infarktdan sonraki anevrizmanın daxilində törəmə  əmələ gəlib. 1,5 il müddətində aparılan müşahidə göstərir ki, bu törəmə proqressivləşərək sol mədəciyin zirvəsindən orta hissəsinə qədər artaraq ürəyin sistolik disfunksıyasina ciddi diastolik disfunksiya əlavə edib. Şübhəsiz ki, bu  xəstədəhipertrofik  zirvə kardiomiopatiyasını, subendokardial trombu və ürək daxili şişi tam təsdiq etmək  üçün biopsiyanınaparılması məqsədə uyğun olardı.

 

Figures

Keywords

References

Article Info:

Publication history

Published: 31.May.2016

Copyright

© 2013-2025. Azerbaijan Society of Cardiology. Published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

Chronic total occlusion of the coronary arteries

Viewed: 183