Abstract

The aim of this study was to determine influence of metabolic tiotriazolin to morpho-functional condition of the heart and the vessels and functional activity of endothelium. 93 patients with ischemic heart disease accompanied with high blood pressure were included to the trial. All patients received traditional hypotensive therapy, meanwhile, 62 of them received in addition metabolic tiotriazolin. The number of the heart attacks were counted before and after treatment. Furthermore, the echocardiographic investigation and the test of reactive hyperemia in the right brachial artery were performed in all investigated patients. The results gained before and after treatment were compared for determination of influence of tiotriazolin to the investigated indices.

Cover Letter

Arterial hipertenziya (AH) inkişaf etmiş ölkələrdə əhali arasında yayılma dərəcəsinə görə aparıcı mövqeyini saxlayır. Digər tərəfdən, ümumi ölüm səviyyəsi strukturunda AH ölüm göstəricisinin səviyyəsinə görə bütün digər ölüm səbəblərinə nisbətən iki dəfədən çox rast gəlinir, orta həyat davamiyyətini əhəmiyyətli dəcərədə azaldır [1,2,3]. 
Məlumdur ki, ağır dərəcəli AH hədəf orqanların fəaliyyətində dəyişiklik yaradaraq həyat üçün təhlükəli ağırlaşmalarla nəticələnir. Hazırki tədqiqat işində biz 5 hədəf orqanından 2-ni tədqiq etmişik: ürək və damarları [13].

Ənənəvi hipotenziv müalicəyə metabolic preparatların əlavə edilməsi bir çox aparılmış tədqiqatlarda məqsədəuyğun hesab edilmişdir [4]. Bununla əlaqədar, apardığımız tədqiqatın yekun hissəsində biz xəstələrin bir hissəsində ənənəvi hipotenziv müalicəyə tiotriazolin əlavə etməklə alınmış iki xəstə qrupu arasında müxtəlif müayinə edilən göstəricilərin dinamikasının müqayisəli analizini aparmışıq. 
Məlumdur ki, miokardın vəziyyəti tamamilə kardiomiositlərin oksidləşmə-bərpa proseslərindən və enerji təchizatından asılıdır. İşemiya şəraitində miokardiositlərin funksional effektliyi aşağı düşür, metabolik pozğunluqlar isə yüksək energetik fosfatların səviyyəsinin azalması, metabolizmin toksik məhsullarının (laktat, hidrogen ionların, sərbəst oksigen radikallarının) toplanması, natrium və kalsium ionlarının toplanması ilə səciyyələnir, hansı ki, bütün bunlar hüceyrələrin morfoloji zədələnməsini törədir.

Bununla belə, məlumdur ki, hemodinamik göstəricilərə təsir göstərən preparatlar sitoprotektor xüsusiyyətlərinə malik deyil və hüceyrələri işemik zədələnmələrdən qorumur. Metabolik preparatlar ürək-damar patologiyasının müalicəsinin vacib komponentlərindən biri sayılır, belə ki, onların əsas müalicəyə əlavə olaraq istifadəsi inandırıcı sübut bazasına malikdir [5,6].
Bir sıra müəlliflər tərəfindən təqdim edilmişdir ki, metabolik vasitələrin (trimetazidin misalında) ənənəvi hipotenziv terapiyaya daxil edilməsi sistolik arterial təzyiq (SAT) və diastolik arterial təzyiq (DAT) göstəricilərinə sutkanın bütün zaman intervallarında bərabər dərəcəli hipotenziv təsir göstərir, sutkanın bütün zaman intervallarında “təzyiq yüklənməsi” parametrlərinin dürüst azalmasını törədir, bu da öz növbəsində trimetazidinin AH xəstələrində sutkalıq arterial təzyiqin monitorlaşdırılması göstəricilərinə əlavə təsirinin mövcudluğuna dəlalət edir. Bu zaman antianginal effekt antiişemik effektlə müşayiət olunmuşdur, hansı ki, miokard ağrısız işemiyası epizodlarının və davam etmə müddətinin sutka ərzində əhəmiyyətli dərəcədə azalması ilə təzahür etmişdir [4].

Avropa rəhbərliyinin stabil gərginlik stenokardiyasının müalicəsi üzrə 2013-cü il tövsiyələrinə əsasən, kardioprotektorlar 2-ci cərgə preparatları olaraq nəzərdə tutulur, stabil stanokardiya xəstələrində işemiya simptomlarını azaldır.
İşemiya şəraitində kardiomiositlərdə çoxlu miqdarda oksidləşməmiş yağ turşuları, sərbəst radikallar və mübadilənin digər məhsulları toplanır, hansı ki, miokarda əlavə zədələyici təsir xüsusiyyətinə malikdirlər. İşemiyaya uğramış miokardın pozulmuş metabolizmini normallaşdırmağa nail olmaq üçün kardiomiositlər tərəfindən oksigen istifadəsini optimallaşdıran vasitələrin tətbiqi mümkündür, belə ki, bu preparatlar hüceyrədaxili mübadiləyə təsri edir və sitoprotektor xüsusiyyətlərinə malikdirlər [5,7].
Müəyyən dərəcədə metabolik preparatların endotelial funksiyanı normallaşdırmaq qabiliyyəti də nəzərə alınmalıdır [11].

Hazırki tədqiqatın məqsədi metabolik preparat olan tiotriazolinin ürəyin, damarların morfo-funksional vəziyyətinə və endotelin funksional aktivliyinə təsirinin qiymtələndirilməsidir.
Material və metodlar. Tədqiqata ÜİX və müştərək II və III dərəcəli AH olan 93 xəstə daxil edilmişdir. Bütün müayinə edilmiş xəstələr antihipertenziv müalicənin müxtəlif variantlarını qəbul etmiş, bir qisim xəstədə müalicəyə lipid mübadiləsini normallaşdıran preparatlar daxil edilmişdir.  84 xəstə (90,32%) angiotenzin çevirici ferment inhibitorlarının (AÇFi) kombinə olunmuş preparatlarını qəbuı etmiş, 20 xəstə (21,5%) angiotenzin reseptorlarının blokatorlarını (ARB) qəbul etmiş, 27 xəstə (29,03%) β-blokatorlar qəbul etmiş, 53 xəstə (56,99%) statin preparatı qəbul etmişlər. 

Aparılan müalicədən asılı olaraq xəstələr iki yarımqrupa bölünmüşdür: 1-ci yarımqrup (62 xəstə) yuxarıda göstərilmiş müalicəyə əlavə olaraq tiotriazolin preparatı (sutkada 300 mq dozada 3 dəfə) qəbul etmiş, 2-ci yarımqrupun xəstələri isə (32 xəstə) yalnız yuxarıda göstərilmiş ənənəvi hipotenziv müalicə qəbul etmişlər.
Bütün xəstələrdə müayinələr iki mərhələdə aparılmışdır: müalicədən əvvəl və sonra. Müayinələrə ürəyin exokardioqrafik müayinəsi, sağ çiyin arteriyasında reaktiv hiperemiya sınağı, anginoz tutmaların tezliyinin qeydiyyatı aiddir. Ürəyin exokardioqrafik müayinəsində miokardın yığılma qabiliyyətinin bir sıra göstəriciləri qiymətləndirilmişdir: atım fraksiyası (AF), qısalma fraksiyası (S%), regionar hipokinez və akinez sahələri aşkar edilmiş, diastolik funskiyası dəyərləndirilmişdir.

Reaktiv hiperemiya sınağı sağ çiyin arteriyasında ultrasəs doppleroqrafiya müayinəsinin köməkliyi ilə aparılmışdır, bu zaman kompressiyadan əvvəl və sonra çiyin arteriyasının diametri və qan axınının sürət göstəriciləri ölçülmüşdür.
Alınmış nəticələr Microsoft Windows Excell 2010 proqramında işlənmişdir, orta göstəricilər (M), orta göstəricinin səhvi (±m), eləvə də bu göstəricilərin minimal və maksimal rəqəmləri hesablanmışdır. Alınmış nəticələrin statistik əhəmiyyəti Studentin t-kriteriyası və Pirson χ2 formulası vasitəsilə təyin edilmişdir. p<0,05olması statistik əhəmiyyətli hesab edilmişdir.
Tədqiqatın nəticələri. Tiotriazolin preparatının effektivliyini qiymətləndirmək üçün anginoz tutmaların ümumi sayında dəyişikliklərin dinamikası başlanğıc vəziyyətdə və müalicədən sonra qeydə alınmışdır (cədvəl 1).

Alınmış nəticələrə əsasən, tiotriazolin qəbul edən xəstə qrupunda anginoz tutmaların sayının həftə ərzində dürüst səviyyədə azalması izlənilmişdir (P<0,05). 
Dəyişikliklərin yuxarıda təsvir edilən dinamikası sol mədəcik miokardının yığılma qabiliyyətinin exokardioqrafik göstəricilərinin yaxşılaşması tendensiyası ilə müşayiət olunmuşdur: AF və S% göstəriciləri tiotriazolin qəbul edən və etməyən qruplarda eyni dərəcədə yüksəlmişdir (p<0,01 və p<0,0001) eləcə də, regionar hipokinez və SM diastolik disfunksiyası rast gəlinən xəstələrin sayının tiotriazolin qəbul edən qrupda dürüst dərəcədə azalması (p<0,01) müşahidə edilmişdir (cədvəl 2).

Reaktiv hiperemiya sınağının nəticələrinin müqayisəsi zamanı tiotriazolin qəbul edən xəstə qrupunda endotelin vazomotor funksiyasının əhəmiyyətli dərəcədə yaxşılaşması izlənmişdir və bir sıra parametrlər statistik əhəmiyyətli göstərici səviyyəsinə çatmışdır (cədvəl 3).
Beləliklə, sağ çiyin arteriyası başlanğıc diametrinin artmasına müəyyən tendensiyası tiotriazolin qəbul edən xəstə qrupunda müşahidə edilmişdir, bu zaman, kompressiya sınağına cavab olaraq arteriya diametrinin artım dərəcəsinin yüksəlməsi dürüst səviyyədə rast gəlinmişdir, bu da endotelin başlanğıcda  pozulmuş damar-hərəki funksiyasının normallaşmasından xəsbər verir (cədvəl3.)

Göstərilən dəyişikliklər tiotriazolin qəbul edən qrupda kompressiyaya müsbət cavab reaksiyası olan xəstə sayının artması ilə təsdiq edilmişdir: 55 nəfər (88,71%) 30 nəfərə qarşı (48,39%) (р<0,05).  Eyni zamanda, bu qrupda patoloji paradoksal reaksiyan praktiki olaraq aşkar edilməmiş, müsbət və ya mənfi cavab reaksiyası ilə əvəz olunmuşdur.
Tiotriazolin qəbul etməyən xəstə qrupunda müqayisə edilən göstəricilərdə müalicədən əvvəl sonra xüsusi dəyişiklik dinamikası qeydə alınmamışdır.
Tiotriazolin çoxsaylı təsir mexanizminə malik olan preparatdır, enerqotrop, antioksidant, membranstabilləşdirici, işemiyaəleyhinə, antiaritmik, immunomodullaşdırıcı, iltihabəleyhinə təsir xüsusiyyətləri və eləcə də, hüceyrə regenerasiyasına stimullaşdırıcı aktivliyi vardır [8].
Göstərilmişdir ki, tiotriazolinin digər antianginal və antiişemik preparatların fonunda qəbulu müalicənin effektivliyini artırmağa köməklik göstərir və sonuncuların dozalanmasını azaltmağa imkan verir, eyni zamanda, həyat keyfiyyətini, xüsusən də fiziki və psixoemosionall vəziyyətə müsbət təsir göstərir, hemodinamik göstəricilərin yaxşılaşmasına gətirib çıxarır [9].

AH xəstələrində tiotriazolin miokard, göz, beyin, böyrək damarlarında hemodinamikanı əhəmiyyətli dərəcədə yaxşılaşdırır və antihipertenziv preparatların effektivliyini kifayət qədər yüksəldir [5]. Bu zaan gümün edilir ki, hemodinamik effektlər və antihipertenziv müalicənin effektivliyinin yüksəlməsi nəzərə çarpacaq dərəcədə tiotriazolinin endotelin funksional vəziyyətini yaxşılaşdırması ilə əlaqədardır [10,11].
Məlumdur ki, AH proqressivləşməsinin vacib patogenetik həlqələrindən biri damar endotelinin vazotənzimləyici funksiyasının pozulmasıdır, hansı ki, endotelə təsir edən stimula cavab olaraq endotel-asılı vazodilatasiyanın zəifləməsi ilə təzahür edir [6,12]. Bu nöqteyi-nəzərdən, tiotriazolin preparatının istər ÜİX və müştərək AH xəstələrində, istərdə də yalnız AH xəstələrində endotelial disfunksiyaya müsbət təsiri göstərilmişdir, bu zaman, tiotriazolinlə kurs müalicəsinin təsiri altında preparatın antioksidant xüsusiyyətləri sayəsində ÜİX və AH xəstələrində endotelial disfunksiyanın reversiyasına dəlalət edən məlumatlar alınmışdır [8].

Aldığımız nəticələrə əsasən, tiotriazolinin müalicəyə daxil olması ÜİX və müştərək AH xəstələrində anginoz tutmaların sayının azalması ilə müşayiət olunmuş və preparatın antiişemik və antianginal effektinə dəlalət etmişdir.Eyni zamanda, exokardioqrafik müayinənin nəticələrinin müqayisəli qiymətləndirilməsi də preparatın nəzərə çarpacaq qədər müalicənin effektinə təsirindən xəbər verir.Yuxarıda göstərilənlərlə yanaşı, preparatla müalicə fonunda endotelin vazomotor funksiyasının yaxşılaşması yüksək əhəmiyyətə malikdir.

 

Figures

Keywords

References

1. European Society of Hypertension–European Society of Cardiology 2003 guidelinesfor the management of arterial hypertension // J. Hypertens. 2003. Vol. 21.P. 1011–1053.
2. Профилактика, диагностика и лечение артериальной гипертонии: Российские рекомендации: (Второй пересмотр). М., 2004. 20 с.
3. Диагностика и лечение артериальной гипертензии. Российские рекомендации (четвертый пересмотр) // Системные гипертензии. – 2010. – № 3. – С. 5-26. 
4. Петелина Т.И. Артериальная гипертония в рамках метаболического синдрома: особенности суточного профиля артериального давления, клинико-патогенетическая взаимосвязь с мембранно-клеточными нарушениями. Методы коррекции / Дисс. док.мед наук // Тюмень. – 2005. - 331 c.
5. Визир В.А., Волошин Н.А., Мазур И.А. и др. Метаболические кардиопротекторы: фармакологические свойства и применение в клинической практике (Методические рекомендации) // Запорожье. - 2006. – 26 с.
6. Михин В.П. Цитопротекция в кардиологии: достигнутые успехи и пер¬спективы / Арх. внутренней медицины. – 2014. – Т. 2 (16). – с. 33-9.
7. Сорока Н.Ф., Зыбалова Т.С., 2011 Сорока Н.Ф., Зыбалова Т.С. Лечение миокардитов // Здравоохранение. – 2011. – т. 11. – с. 64-70.
8. Яковлева О.А., Савченко Н.П., Стопинчук А.В. и др. Влияние тиотриазо¬лина на состояние эндотелиальной дисфункции и липидно-перекисный дис¬баланс при моно- и комбинированной терапии с метапрололом у больных ИБС / Актуальн. питания фармацевтичной та медичной науки и практики. – 2002. - № 8. – с. 245-249
9. Хурса Р.В., Месникова И.Л. Клиническая эффективность тиотриазали- на в комплексной амбулаторной терапии хронических форм ишемической болезни сердца // Здравоохранение. - 2011; 1: 65-71.
10. Малая Л.Т., Корж А.Н., Балковая Л.Б. Эндотелиальная дисфункция при патологии сердечно-сосудистой системы / Х.: Торсинг, 2000; 240 с.
11. Поливода С.Н., Черепок А.А., Сычев Р.А. Коррекция эндотелиальной дисфункции у больных гипертонической болезнью: эффективность и пато¬физиологическое обоснование применения Тиотриазолина / Медицина СВИУ, 2004: 18-20.
12. Мазур И.А., Волошин Н.А., Чекман И.С. и др. Тиотриазолин: фармако¬логические аспекты и клиническое применение / Запорожье, 2005: 160.
13. Сидоренко Г.И. Концепция органов-мишеней с позиции ауторетуляции / Кардиология. - 2001. - № 5. - С. 82-86.

Article Info:

Publication history

Published: 31.Dec.2017

Copyright

© 2013-2025. Azerbaijan Society of Cardiology. Published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

Relationship of clinical aspects of arterial hypertension with carriage of genetic polynorphismis of integrin and fibrinogen genes in Azerbaijanians

Viewed: 224