Abstract

Diabetes Type II - polietiologic metabolic disorder that is accompanied with metabolic disorders of proteins, fats and carbohydrates as a result of a defect in insulin secretion. To explore the mechanisms that lie at the basis of cardiovascular disease, especially atherosclerosis associated with diabetes universal triales required. In general, type 2 diabetes increases the risk of coronary artery disease is 2-3 times as that of women and men. Studies have also shown that in patients with diabetes coronary artery disease risk in women increased by 50% as compared to men. Results of the study showed: Among patients with CAD undergoing myocardial revascularization diabetes is very common (28.5%); among patients with CAD undergoing myocardial revascularization more men, ie, CAD is more common in men than in women (75.3% vs. 17.8%); among patients with CAD undergoing myocardial revascularization diabetes occurs more often in women than in men (24.7% vs. 45.6%; p <0.001); women with diabetes need to pursue an aggressive prevention of CAD (OR = 2.6).

Cover Letter

Şəkərli diabet tip 2 (ŞD2) – insulin ifrazının defekti nəticəsində zülal, yağ və karbohidrat mübadiləsindəki dəyişikliklər və xronik hiperqlikemiya ilə müşayiət olunan polietioloji metabolik pozulmadır. Şəkərli diabetin orqanizmə mənfi təsiri müxtəlif orqanların disfunksiyası, çatışmazlığı və xronik ağırlaşmalar şəklində üzə çıxır.

ŞD2 bir çox hallarda arterial hipertenziya, dislipidemiya və piylənmə ilə əlaqəlidir. Buna baxmayaraq həmin amillər ŞD2 ilə olan xəstələrdə artmış ürək-damar xəstəlikləri hallarının heç də hamısını əhatə etmirlər. Diabetə bağlı ürək-damar xəstəliklərinin, xüsusən aterosklerozun əsasında duran mexanizmləri araşdırmaq üçün universal tədqiqatların aparılmasına ehtiyac vardır. Göstərilmişdir ki, ŞD2-yə bağlı məlum metabolik pozulmalara əlavə olaraq son məhsulların qlikozilləşməsinin güman edilən patoloji yolların yuxarıdan tənzimi, renin-angiotenzin sistemi, oksidativ stress, böyümə amilləri və sitokinlərin artmış ekspressiyası aterosklerotik düyünün formalaşmasına səbəb ola bilər və makrovaskulyar ağırlaşmaların artmış riskini izah edə bilər. 2 Diabetli kişi və qadınlarda normal kişi və qadınlara nisbətən yuxarı sıxlıqlı lipoproteinli xolesterinin kəmiyəti iki dəfə aşağı və, əksinə, triqliseridlərin kəmiyəti isə iki dəfə yuxarıdır.
ŞD 2 koronar arteriya xəstəliyinin yaranmasında əsas risk faktorlarından biridir. Artıq son illərdə şəkərli diabet tip 2 birbaşa koronar arteriya xəstəliyinin ekivivalenti kimi hesab edilir. Xatırlatmaq yerinə düşərdi ki, hələ 2002 –ci ildə yayınlanan NCEP ( National Cholesterol Education Program) və Yaşlıların mualicə paneli III final raportunda bu barədə məlumat verilmişdir. 4  Ümumiyyətlə, ŞD2 KAX riskini həm qadın və həm də kişilərdə 2-3 dəfə artırır. Aparılan tədqiqatlar həm də göstərmişdir ki, ŞD 2 olanlarda KAX riski kişilərlə muqayisədə qadınlarda 50% daha çox artır.

İşin məqsədi: Miokardın revaskulyarizasiyası aparılmış xəstələrdə koronar arteriya xəstəliyinin risk amillərindən biri - şəkərli diabetin cinslərarası fərqlərini araşdırmaq olmuşdur.

Material və metodlar: Tədqiqata 2002-2012–ci illər ərzində Mərkəzi Klinik Xəstəxanada müalicə almış və koronar revaskulyarizasiya  aparılmış yaşı 50-dən yuxarı olan 1216 pasient cəlb olunmuşdur. Tədqiqata alınan bütün pasientlər koronar angioqrafiya müayinəsindən keçmişlər. Müayinə olunanların hamısında KAX müəyyən edilmişdir. Bu tədqiqata daxil edilmiş 1216 xəstədən hər birinə koronar stentləmə və ya aorto-koronar şuntlama əməliyatları aparılmışdır. 

Nəticə və muzakirələr.  
Tədqiqata alınanların 217-sini qadın (17.8%) və 999-unu kişi (82.2%) cinsindən olan fərdlər təşkil etmişlər.  Qadınların orta yaşı  60.8 ilə və kişilərin orta yaşı isə 60.1 ilə bərabər olmuşdur. Statistik təhlil yaşa görə hər iki cins arasında statistik əhəmiyətli fərq üzə çıxartmamışdır (p=0.68).  
Məlum olmuşdur ki, ümumi hesabla götürdükdə tədqiqata alınanların və KAX olub koronar stentləmə və ya aorto-koronar şuntlama əməliyatlarına məruz qalmış xəstələrin 346-sında (28.5%) ŞD2 müşahidə olunmuşdur. Həm də aydınlaşdırılmışdır ki, tədqiqata alınmış 870 (71.5%) xəstədə ŞD2 mövcud deyildir. 
İşin məqsədində qeyd edildiyi kimi burada bizim əsas məqsədimiz cinslərarası təhlilin aparılması olmuşdur. Həmin təhlil göstərmişdir ki, KAX olub koronar stentləmə və ya aorto-koronar şuntlama əməliyatlarına məruz qalmış 217 qadın xəstə alınmışdır ki, onlar da bütün tədaqiqata alınanların 17.8%-ini təşkil edir. Həmin kontingenti təşkil edən qadın xəstələrin 99-da ŞD2 müəyyən edilmişdir ki, bunlar da tədqiqata alınan bütün qadınların 45.6%-ini təşkil etmişlər. Digər tərəfdən ŞD 2 olan qadınlar bütün tədqiqata alınan və KAX olub koronar stentləmə və ya aorto-koronar şuntlama əməliyatlarına məruz qalmış xəstələrin 8.1%-ini təşkil etmişlər. Əksinə olaraq ŞD2 olmayan qadınların ümumi sayı 118 olmuşdur ki, bunlar da tədqiqata alınan bütün qadınların 54.4%-ini təşkil etmişlər. Digər tərəfdən ŞD2 olmayan qadınlar bütün tədqiqata alınan və KAX olub koronar stentləmə və ya aorto-koronar şuntlama əməliyatlarına məruz qalmış xəstələrin 9.7%-ini təşkil etmişlər.

Təhlil həm də göstərmişdir ki, KAX olub koronar stentləmə və ya aorto-koronar şuntlama əməliyatlarına məruz qalmış 999 kişi xəstə alınmışdır ki, onlar da bütün tədaqiqata alınanların 82.2%-ini təşkil edir. Həmin kontingenti təşkil edən kişi xəstələrin 247-də ŞD2 müəyyən edilmişdir ki, bunlar da tədqiqata alınan bütün kişilərin 24.7%-ini təşkil etmişlər.  Digər tərəfdən ŞD2 olan kişilər bütün tədqiqata alınan və KAX olub koronar stentləmə və ya aorto-koronar şuntlama əməliyatlarına məruz qalmış xəstələrin 20.3%-ini təşkil etmişlər. Əksinə olaraq ŞD2 olmayan kişilərin ümumi sayı 752 olmuşdur ki, bunlar da tədqiqata alınan bütün kişilərin 61.8%-ini təşkil etmişlər. Digər tərəfdən ŞD2 olmayan kişilər bütün tədqiqata alınan və KAX olub koronar stentləmə və ya aorto-koronar şuntlama əməliyatlarına məruz qalmış xəstələrin 61.8%-ini təşkil etmişlər.
Şəkil. Miokardın revaskulyarizasiyasına məruz qalmış koronar arteriya xəstəliyi olanlar arasında şəkərli diabetin rastgəlməsi və cinslərarası fərqləri
Beləliklə, KAX olan və koronar stentləmə və ya aorto-koronar şuntlama əməliyatlarına məruz qalmış 999 kişi xəstədən 247-də (24.7%), yəni faiz hesabı ilə qadınlarla (45.6%) müqayisədə 2 dəfə az ŞD2 qeydə alınmışdır.  Alınmış nəticələr əsasında cinslərarası statistik təhlil bu fərqin kifayət qəfər yüksək və əhəmiyətli dərəcədə dürüst olmasını sübuta yetirmişdir (45.6%-ə qarşı 24.7%; p<0.001). Cinslər arası fərqlərin daha sonrakı faiz nisbətlərinin araşdırılması göstərmişdir ki, qadınlarda ŞD2 koronar arteriyalarda elə geriyədönməz stenoz və obturasiya törədir ki, bu da sonradan mütləq koronar revaskulyarizasiya – koronar stentləmə və ya aorto-koronar şuntlamaya gətirib çıxarır  (ŞN [OR]=2.6). Bizim məhz bu istiqamətdə cinslərarası fərqləri araşdırmamız  onu sübuta yetirmişdir ki, əgər hər hansı bir qadın cinsindən olan xəstəyə koronar angioqrafiya və sonrakı miokardın revaskulyarizası aparılacaqsa həmin fərddə şəkərli diabet tip 2 olma ehtimalı analoji prosedurlara məruz qalacaq kişilərdən 2.6 dəfə çox olacaqdır. 

Ədəbiyyat mənbəyinə müraciət etdikdə aldığımız bu nəticələrlə eynilik təşkil edən elmi cəhətdən sübuta yetirilmiş bir çox tədqiqat işlərinin olması ilə rastlaşmaq mümkündür. Bu cinslərarası fərqlər şəkərli diabetin qadınlarda ürək-damar risk amillərinə çox güclü arzuolunmaz təsiri ilə əlaqədar ola bilər. 8 Ümumi populyasiyaya dair aparılan əvvəlki tədqiqatlarda belə hesab edilirdi ki, KAX qadınlarda nisbətən gec üzə çıxırlar.Belə bir nəticəyə gəlinmişdir ki, qadınlarda şəkərli diabetin törətdiyi hər-hansı bir əlavə risk mühüm icitimai səhiyyə və klinik təsir əhəmiyəti daşıyır.
Gene STAR11, MESA12 və NHANES13 tədqiaqtlarında KAX riski kişilərə nisbətən (müvafiq olaraq 11.22, 5.64, 0.88/1000 fərd-ili) qadınlarda (müvafiq olaraq 4.27, 1.66, 0.40/1000 fərd-ili) daha aşağı olmuşdur; log-rank p<0.001 (GeneSTAR/MESA) və p=0.07 (NHANES). Lakin buraya ŞD əlavə olunduqda hadisələr tezliyi qadınlarda (müvafiq olaraq 17.65, 7.34, 2.37/1000 fərd ili) və kişilərdə (müvafiq olaraq 12.86, 9.71, 1.83/1000 fərd-ili) bərabərləşmişdir;  hər üçündə log-rank p>0.05. Demoqrafik situasiyaya uyğunlaşdırdıqda qadınlarda şəkərli diabet hər bir kohort daxilində 4-5 dəfə daha çox KAX ilə əlaqəli olmuşdur. Burada belə bir nəticəyə gəlinmişdir ki, şəkərli diabeti olmayan gənc və orta yaşlı qadınlarda koronar arteriya xəstəliyinə daha az hallarda rast gəlinir. Şəkərli diabetin olması hər iki cinsin rikini eyniləşdirir. Bu nöqteyi-nəzərdən şəkərli diabeti olan qadınlarda koronar arteriya xəstəliyinin aqressiv profilaktikası çox vacib əhəmiyyət daşıyır.

Aparılan tədqiqatın yekun təhlili aşağıdakı nəticələrə gəlməyə imkan verir:
Miokardın revaskulyarizasiyasına məruz qalmış koronar arteriya xəstəliyi olan xəstələr arasında şəkərli diabetə kifayət qədər çox halda rast gəlinir (28.5%).
Miokardın revaskulyarizasiyasına məruz qalmış koronar arteriya xəstəliyi olan xəstələrin daha çox hissəsini kişilər təşkil edir, yəni koronar arteriya xəstəliyinə qadınlara nisbətən kişilər arasında daha çox təsadüf olunur (17.8%-ə qarşı 75.3%).
Miokardın revaskulyarizasiyasına məruz qalmış koronar arteriya xəstəliyi olan xəstələr arasında şəkərli diabet dürüst olaraq kişilərə nisbətən daha çox qadınlar arasında müşahidə edilir (24.7%-ə qarşı 45.6%; p<0.001).
Şəkərli diabeti olan qadınlarda koronar arteriya xəstəliyinin aqressiv profilkatikası aparılmalıdır (ŞN [OR]=2.6).

Figures

Keywords

References

1. Məmmədov C., Məmmədhəsənov R., Mirzəzadə V., Cabbarov R., Muradov V., Əhmədov A., Hacızadə G. Şəkərli diabet (tip 2) xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol. – 36 səh. Bakı-2009.`
2. Nəcəfov R.N., Ələkbərov E.Z. Ateroskleroz: patogenezi, histokimyası, yanaşı xəstəliklərin rolu və müalicəsi. Dərs vəsaiti. Bakı, 2016, səhifə 144-159. 
3. U.K. Prospective Diabetes Study Group. U.K. Prospective Diabetes  Study 27: plasma lipids and lipoproteins at diagnosis of NIDDM by age and sex. Diabetes Care 1997;20:1683-1687.
4. National Cholesterol Education Program (NCEP) Expert Panel on Detection, Evaluation, and Treatment of High Blood Cholesterol in Adults (Adult Treatment Panel III) Third Report of the National Cholesterol Education Program (NCEP) Expert Panel on Detection, Evaluation, and Treatment of High Blood Cholesterol in Adults (Adult Treatment Panel III) final report. Circulation 2002;106:3143–3421 [PubMed].
5. Howard BV, Cowan LD, Go O, Welty TK, Robbins DC, Lee ET. Adverse effects of diabetes on multiple cardiovascular disease risk factors in women. The Strong Heart Study. Diabetes Care 1998;21:1258–1265. 
6. Lee WL, Cheung AM, Cape D, Zinman B. Impact of diabetes on coronary artery disease in women and men: a meta-analysis of prospective studies. Diabetes Care 2000;23:962–968. Kappert K, Böhm M, Schmieder R, et al. ONTARGET/TRANSCEND Investigators Impact of sex on cardiovascular outcome in patients at high cardiovascular risk: analysis of the Telmisartan Randomized Assessment Study in ACE-Intolerant Subjects With Cardiovascular Disease (TRANSCEND) and the Ongoing Telmisartan Alone and in Combination With Ramipril Global End Point Trial (ONTARGET). Circulation 2012;126:934–941. 
7. Huxley R, Barzi F, Woodward M. Excess risk of fatal coronary heart disease associated with diabetes in men and women: meta-analysis of 37 prospective cohort studies. BMJ 2006; 332: 73–78.
8. Wannamethee SG, Papacosta O, Lawlor DA, et al. Do women exhibit greater differences in established and novel risk factors between diabetes and non-diabetes than men? The British Regional Heart Study and British Women’s Heart Health Study. Diabetologia 2012;55:80–87.
9. Tunstall-Pedoe H, Kuulasmaa K, Mähönen M, Tolonen H, Ruokokoski E, Amouyel P. Contribution of trends in survival and coronary-event rates to changes in coronary heart disease mortality: 10-year results from 37 WHO MONICA project populations. Monitoring trends and determinants in cardiovascular disease. Lancet 1999;353:1547–1557.
10. Berger JS, Roncaglioni MC, Avanzini F, Pangrazzi I, Tognoni G, Brown DL. Aspirin for the primary prevention of cardiovascular events in women and men: a sex-specific meta-analysis of randomized controlled trials. JAMA 2006;295:306–313. 
11. http://www.genestarstudy.com
12. Winston GJ, Barr RG, Carrasquillo O, Bertoni AG, Shea S. Sex and Racial/Ethnic Differences in Cardiovascular Disease Risk Factor Treatment and Control Among Individuals With Diabetes in the Multi-Ethnic Study of Atherosclerosis (MESA). Diabetes Care. 2009;32(8):1467-1469.
13. NHANES III Mortality Follow-Up. National Center for Health Statistics Center for Disease Control and Prevention [Internet], 2010. 
Available from www.cdc.gov/nchs/data_access/data_linkage/mortality/nhanes3_linkage.htm Accessed 30 October 2013.
14. Kalyani RR, Lazo M, Ouyang P, Turkbey E, Chevalier K, Brancati F, Becker D, Vaidya D. Sex differences in diabetes and risk of incident coronary artery disease in healthy young and middle-aged adults. Diabetes Care. 2014;37(3):830-838.

 

Article Info:

Publication history

Published: 30.Dec.2015

Copyright

© 2013-2025. Azerbaijan Society of Cardiology. Published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

Actual problems of treatment by patients with anemic syndrom in chronical heart failure

Viewed: 327