Abstract
The purpose of the research is the studying the relationship between ectopic activity of myocard and the level of Nt-pro BNP in blood of patients who have stable angina pectoris (SAP) without systolic dysfunction of left ventricle. 34 male patients withII-III FC (average age 53,6±1,2 year) were examined for this purpose. Holter ECG was carried out on all patients, ventricular arrhythmias were evaluated according Lown- Wolf classification and also weight degree of ST segments depression was studied in these patients. İt was defined that positive ventricular exists between the level of Nt-pro BNP in blood with ventricular arrhythmias and weight degree of ST segments depression. This allows to say that, Nt-pro BNP can be used not only as the marker of heart failure and also marker of ventricular arrhythmias and weight degree of ischemic episodes.
Cover Letter

Aktuallıq: Ürəyin işemik xəstəliyi (ÜİX) dünyanın iqtisadi cəhətdən inkişaf etmiş qabaqcıl ölkələrində ən vacib tibbi-sosial problemlərdən biri olaraq qalmaqdadır [8]. Xronik ürək çatişmazlığı (XÜÇ) ÜİX-nin ən ağır və proqnostik olaraq ən təhlükəli ağırlaşmalarından biri sayılır. Avropa populyasiyasında sol mədəciyin (SM) funksional vəziyyətinin öyrənilməsi göstərmişdir ki, ürək çatişmazlığının (ÜÇ) əlamətləri olan xəstələrin təqribən 50%-ində SM-in atım fraksiyası (SMAF) çox aşağı olur [9]. Roçester tətdqiqatı isə göstərmişdir ki, ÜÇ olan xəstələrin 43%-ində SMAF 50%-dən yuxarı olur [8]. ÜİX olanlarda sistolik disfunksiyası və ÜÇ-nın klinik əlamətləri olmayan xəstələrin nisbətən az tədqiqi, çox hallarda ÜÇ-nın və SM-in sistolik disfunksiyasının klinikaönü, yəni premorbid (erkən) mərhələsinin aşkar edilməsinə imkan vermir və bu da öz növbəsində belə xəstələrdə ÜÇ-nın və SM-in sistolik disfunksiyasının manifest mərhələsinə gətirib çıxarır.
Son illər XÜÇ-nın və SM-in disfunksiyasının diaqnostikasında qandabeyin natriumuretik peptidin (BNP) və onun N terminal fraksiyasından (NT-pro BNP)- in konsentrasiyasının təyinindən geniş istifadə edilir [2,3,4]. İstər BNP, istərsə də NT-pro BNP sol mədəcik disfunksiyasının diaqnostikasında yüksək həssaslığa və spesifikliyə malik olan marker hesab edilir. Bəzi tədqiqatların nəticələri göstərmişdir ki, hemodinamik dəyişikliklərdən asılı olmayaraq miokardın işemiyası da özü-özlüyündə BNP-in və Nt-pro BNP-in sekresiyasının stimulyatoru ola bilər [1,5]. Bu nəzəriyyə SGS-sı olan xəstələrdə də öz təsdiqini tapmış və müəyyən edilmişdir ki, B-tipli natriumuretik peptidlərin səviyyəsi tranzitor işemiyanın ağırlığı və tac damarların zədələnmə dərəcəsi ilə düz mütənasiblik təşkil edir[6]. Bununla əlaqədar biz elmi ədəbiyyatda tranzitor işemiyanın və mədəcik aritmiyasının ağırlıq dərəcəsi ilə NT pro BNP-nin səviyyəsi arasında qarşılıqlı əlaqənın haqqında olan elmi işlərin az olmasına və bu məsələnin öz həllini tam tapmadığı qənaətinə gəldik
Məqsəd: Tədqiqatın məqsədi, sol mədəciyin sistolik disfunksiyası olmayan sabit gərginlik stenokardiyalı (SGS) xəstələrdə qanda Nt-pro BNP-in səviyyəsi ilə miokardın ektopik aktivliyi və işemiya epizodları arasındakı əlaqənin öyrənilməsi olmuşdur.
Material və metodlar: Tədqiqata orta yaş 53,6±1,2 olmuş, kişi cinsindən olan 34 xəstə cəlb edilmişdir. Ürək aritmiyalarının və tranzitor işemiya epizodlarının aşkarlanması məqsədilə bütün xəstələrə EKQ-nin Holter monitorlanması (HM) aparılmışdır. EKQ-nin HM-sı ikikanallı komputerlə hesablama sistemi olan Müller and Sebastiany Electronic GMBH (Almaniya) firmasının «VS500» aparatı vasitəsilə yerinə yetirilmişdir. EKQ HM-nın qeydiyyatının orta davam etmə müddəti 23,7±3,0 saat olmuşdur. Mədəcik aritmiyalarının öyrənilməsi B.Lown, M. Wolf (1971) təsnifatı üzrə yerinə yetirilmişdir. I-II dərəcəli mədəcik aritmiyaları aşağı, III-IV-V dərəcəli mədəcik aritmiyaları isə yüksək dərəcəli mədəcik aritmiyalarına aid edilmişdir. Bununla yanaşı bütün xəstələrdə EKQ-nin HM-sı zamanı ST seqmentinin dinamikasını da öyrənilmişdir. Burada tranzitor işemiya epizodlarının ümumi sayının, ST seqmentinin depressiyasının davam müddətinin və bu seqmentin depressiya dərəcəsinin cəminin orta göstəriciləri hesablanmışdır.
Müayinə edilmiş xəstələr EKQ-nin HM-nın nəticəsindən asılı olaraq 3 qrupa bölünmüşdür. 1-ci qrupa mədəcik aritmiyası olmayan 12 xəstə, 2-ci qrupa I-II dərəcəli mədəcik aritmiyası olan 12 xəstə və 3-cü qrupa III-IV-V dərəcəli mədəcik aritmiyası olan 10 xəstə aid edilmişdir. Aritmiyanın dəqiq təhlili göstərmişdir ki 2-ci qrupda 12 xəstədən 4-də I dərəcəli (1 saatda 30-dan az), 8-ində isə II dərəcəli (1 saatda 30-dan çox) mədəcik ekstrasistoliyaları aşkar edilmişdir. 3-cü qrupda 14 xəstədən 4-də III dərəcəli (politop mədəcik ekstrasistolaları), 5 xəstədə IV dərəcəli (qoşaşəkilli mədəcik ekstrasistoliyası və mədəcik taxikardiyası) və nəhayət 3-ündə erkən (V dərəcəli) mədəcik aritmiyası aşkar edilmişdir. Mədəcik aritmiyalarının ağırlıq dərəcəsindən asılı olaraq Nt-pro BNP-in qanda səviyyəsi 1 saylı cədvəldə öz əksini tapmışdır.
Qanda olan Nt-pro BNP-nin miqdarının təyini isə İmmulite-2000 (ABŞ) avtomatik analizatorunda yerinə yetirilmişdir. Bu məqsədlə bioloji mayelərdə Nt-pro BNP-in kəmiyyət göstəricilərinin təyini üçün «Siemens» (Almaniya) firmasının immunoluminesens dəstlərindən istifadə edilmişdir. Alınan nəticələrin ölçü vahidi pq/ml olmuşdur. Nt-pro BNP-in normal göstəricisinin yuxarı həddi 125 pq/ml təşkil etmişdir.
Alınmış nəticələr və müzakirə:Cədvəl 1-dən göründüyü kimi, aşağı dərəcəli mədəcik aritmiyaları olan 2-ci qrupda Nt-pro BNP-in göstəricisinin orta səviyyəlsinin mədəcik aritmiyaları olmayan 1-ci qrup xəstələrdəki Nt-pro BNP-in səviyyəsindən 30% çox olmasına baxmayaraq bunlar arasındakı fərq statistik dürüst olmamışdır (115,6±18 və 88,5±20 pq/ml; p>0,05, r=0,036). Lakin yüksək dərəcəli mədəcik aritmiyası olan 3-cü qrup stenokardiyalı xəstələrdə bu hormonun səviyyəsi orta hesabla 162,6±24 pq/ml təşkil edib, 2-ci qrup xəstələrə nisbətən 41% çox olub statistik dürüstlüklə fərqlənmişdir (115,6±17; p<0,01, r=0,72). 3-cü qrup xəstələrdə Nt-pro BNP-in səviyyəsi 1-ci qrupla müqayisədə daha çox, yəni 84% artıq olmuşdur (162,6±24 və 88,5±20 pq/ml; p<0,001, r=0,66). (şəkil)
EKQ-in HM-sı zamanı mədəcik aritmiyalarının dərəcəsi ilə Nt-pro BNP-in səviyyəsi arasındakı əlaqənin xüsusiyəti
Şəkil. EKQ-nin HM-sı zamanı mədəcik aritmiyalarının dərəcəsi ilə NT-pro BNP-in səviyyəsi arasındaki əlaqə
Yuxarıda qeyd etdiyimiz kimi biz EKQ-nin HM-sı apardığımız bütün xəstələrdə mədəcik aritmiyalarının ağırlıq dərəcəsi ilə yanaşı həm də ST seqmentinin depressiyasının dərinliyi və Nt-pro BNP-in səviyyəsi arasındakı qarşılıqlı əlaqəni də təhlil etmişik. Bu məqsədlə yuxarıda göstərdiyimiz qruplar içərisində Nt-pro BNP-in səviyyəsinin bəlli olduğunu nəzərə alaraq hər qrup xəstədə ayrı ayrılıqda ST seqmentin sutka ərzində dinamikasıda öyrənilmişdir və alınan nəticələr 2-ci cədvəldə göstərilmişdir.
Cədvəldən aydın olur ki, Nt-pro BNP-in ən az olduğu (88,5±20 pq/ml) və aritmiyalar təsadüf edilməyən 1-ci qrup xəstələrdə EKQ-nin HM-sı zamanı hesablanmış işemiya epizodlarının sayı, ST seqmentinin orta davam etmə müddəti və ST seqmentinin depressiyasının cəminin orta göstəricisi Nt-pro BNP-in orta göstəricisi 115,6±18 pq/ml olan və aşağı qradasiyalı mədəcik aritmiyası olan 2-ci qrup xəstələrdə əldə edilən eyni göstəricilərə müqayisədə az olmasına baxmayaraq, bu parametrlər öz aralarında statistik dürüst fərqlənməmişlər və müvafiq olaraq 4,4±2,0 və 4,9±18 (p>0,05), 20,4±4,8 və 22,2±1,5 dəq (p>0,05) və 1,8±0,2 və 2,0±0,2 mm (p>0,05) təşkil etmişlər. Lakin Nt-pro BNP-in səviyyəsinin orta göstəricisi 162,6±24 pq/ml olan və yüksək qradasiyalı mədəcik aritmiyaları olan 3-cü qrup xəstərlərində işemiya epizodlarının sayı orta hesabla 5,9±2,1 olub 1-ci qrupun xəstələrindən 34% (p<0,01) və 2-ci qrup xəstələrindən isə 20,4% (p<0,01) çox olmuşdur.
Bu qanunauyğunluq ST seqmentinin digər göstəriciləri üçün də xarakterik olmuşdur. Belə ki, ST seqmentinin depressiyasının sutkalıq davam müddəti 3-cü qrupda 25,5±2,6 dəq olub, 1-ci qrup xəstələrə nisbətən 25% (p<0,01) və 2-ci qrup xəstələrindən isə 15% (p<0,05) çox olmuşdur. Sutka ərzində ST seqmentinin depressiyasının cəminin orta göstəricisi bu qrupda 2,7± 0,3 mm səviyyəsində olub 1-ci qrup xəstələrindən 50% (p<0,01) və 2-ci qrup xəstələrindən isə 35% çox olmuşdur (p<0,01). Nt-pro BNP-in qandakı səviyyəsindən asılı olaraq EKQ-in HM-sı zamanı ST seqmentinin dinamikasının çoxhədli korrelyasiya əmsalının (Fişer kriteriyasına əsasən) riyazi-statistik hesablanması göstərmişdir ki, seçilmiş 05 mahiyyət səviyyəsində sutka ərzində işemiya epizodlarının sayı, ST seqmentinin depressiyasının davamiyyəti və cəminin orta göstəriciləri ilə sıx əlaqədardır.
Nəticələr:
1. II-III FS-li SGS-sı olan xəstələrdə qanda NT pro BNP-in səviyyəsi bu xəstələrdə təsadüf edilən həm mədəcik aritmiyalarının ağırlığı, həm də ST seqmentinin depressiyasının ağırlıq dərəcəsi ilə də sıx əlaqəlidir və onlarla müsbət korrelyasiya daşıyır.
2. Nt-pro BNP-in qanda səviyyəsi nəinki mədəciklərin diastolik yüklənməsi və onların fiziki stressi ilə, eyni zamanda miokardın elektrik qeyri-sabitlik dərəcəsinin artması və işemik epizodların dərinliyi ilə də tənzim oluna bilər.
3. NT-pro BNP, ÜÇ-nın və miokardın disfunksiyasının diaqnostik markeri olmaqla yanaşı həm də ektopik aktivlik və işemik epizodların ağırlıq dərəcəsinin də markeri rolunu oynaya bilər.
Figures

Keywords
References
1. Елисеев О.М. Натрийуретические пептиды. Эволюция знаний. // Тер арх 2003; 9: 40-45
Андреев Д. А., Батищев П.Н. Некоторые аспекты практического использования мозгового натрийуретического пептида в диагностических целях. Бюллетень НЦССХ им.
2. А.Н. Бакулева РАМН 2004; 3: 146-155.
de Lemos J., Mc Guire D.K., Drazner M.H. et al.B type natriuretic peptide in cardiovascular disease.// Lancet 2003; 362: 316-322.
3. Yamaguchi Y, Horii M, Kawata H,ANP is cleared much faster than BNP in patients with congestive heart failure. // Eur J Clin Pharmacol. 2007; 63(7):699-702
4. Choy A.M., Darbar D., Lang C. el al.Detection of left ventricular disfunction after acute myocardial infarction: comparison of clinical echographic and neurohormonal methods. //Br Heart J 1994; 72: 16-22
5. Weber M. et al. N-terminal B-type natriuretic peptide predicts extent of coronary artery disease and ischemia in patients with stable angina pectoris // Am. Heart J., 2004, vol 148, p. 612-620
6. World Health Organization. The World Health Report 2013: Shaping the Future 2013.
7. Hosterd A., Hoes A.W. Clinical epidemiology of heart failure. //Heart, 2007,
vol. 93, p. 1137-1146
8. Hoqq K., Mc Murray J. Neurohumoral pathways in heart failure with preserved systolic function. //Prog. Cardiovasc. Dis. 2005, vol.47, p. 357-366
Article Info:
Publication history
Published: 31.Dec.2016
Copyright
© 2013-2025. Azerbaijan Society of Cardiology. Published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.Related Articles
Viewed: 339