Abstract

Intracardiac foreign bodies are rare clinical findings. They may result from fragments of catheters used during infusion therapy, various implants, bullet fragments due to trauma, or prosthetic valve components. In approximately 60% of cases, these foreign bodies pose a life-threatening risk. The clinical presentation varies depending on the location—whether in the cardiac chambers, myocardium, or blood vessels. In some cases, even advanced imaging modalities such as computed tomography (CT), magnetic resonance imaging (MRI), echocardiography, or X-ray may be insufficient for diagnosis. In this report, we present a clinical case involving an intracardiac foreign body and the associated complications we observed.

Full article

7/VIII/2025-ci il tarixində 31 yaşlı   pasient  J.J.B. oğlu Elmi -Tədqiqat Kardiologiya İnstitutuna təngnəfəslik, ürək döyünməsi, boğulma şikayətləri ilə müraciət etmişdir.
Anamnezi: Xəstə J.J.B oğlu  15/IV/2024-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində aşağı ətraf venalarında minifleboekfomiya əməliyyatı olunmuşdur və bundan sonra xəstəyə Varfarin ½ tablet təyin edilmiş və INR nəzarəti ilə sonrakı dozalar requlə edilmişdir. 10/VI/2024-cü il tarixində xəstəyə paroksizmal forma səyrici aritmiya diaqnozu qoyulmuşdur. 10/VI/2024-cü ildə Moskva şəhərində exokardioqrafiya müayinəsi aparılmışdır. 

16.07.2024 
Exokardioqrafik müayinə zamanı sağ qulaqcıqda arakəsmə nahiyəsində  2.21 X 1,85 ölçüdə az hərəkətlı törəmə qeyd edilir. Ürək boşluqları böyüməyib. Diastolik  funksiya pozulmayıb. Qlobal sistolik funksiya saxlanılır. . Xəstəyə Moskvada təcili yardım maşını çağrılıb və hospitalizasiya olunub. EKQ şəkil 1.  

18.07.2024
Xəstəyə ağciyər arteriyasının tromb emboliyası, sağ qulağcığın trombozu diaqnozu qoyulur və Moskva vilayəti Vidnoye şəhər xəstəxanasına qəbul edilir. Xəstə 14.06.2024 – 21.06.2024 cü il tarixinədək həmin xəstəxanada müayinə  və müalicə olunur.

Xəstə parokrizmal forma səyrici aritmiya -taxisistolik variant. Trombemboliya riski CHADs2VASC,0 bal. Yanaşı aşağı ətraf venalarının varikozu. Xronik qastroduodenit diaqnozu ilə evə yazılır. Evə təyinat: konkor 5mg X2 dəfə; Elikviz 5mgX2 dəfə, Pantoprozol 20mg səhər, İbuprofen 400mg gündə 2 dəfə təyin edilir. Xəstə 22.07.2024-24.07.2024-cü il tarixlərində təkrar hospitalizasiya olunub. Xəstəyə ürək ritminin pozulması, parokrizmal forma səyrici aritmiya. Dərmanlar ritmin bərpası: Tromb emboliyası riski olmaqla evə yazılır. 23.07.2024-cü il tarixində Yemək borusu daxili 10%-li lidokainlə anesteziya olunduqdan sonra Yemək borusu daxili EXOkardioqrafik (TEE) müayinə olunur.

Nəticə: Sağ qulaqcıq daxili törəmə 2.8x2.5 cm ölçüdə hamar kənarları olan sağ qulaqcıq divarına fiksə olunmuş ayaqcıqlı törəmə izlənilir (ayaqcığın ölçüsü 12mm) Kardiocərrahın baxışı aparılmış, xəstəyə sağ qulaqcığın miksoması diaqnozu qoyulmuş və cərrahi  müdaxilə təyin edilmişdir. Müalicə müddətində Holter müayinəsi aparılmışdır. Xəstədə sinus ritmi minimal UVS-48  maksimal 132 olmuşdur. Evə yazılarkən xəstəyə Apixaban 5mgX2 dəfə. Rivaroksoban20mg, Dabigatran (prodaksal) 150mgX2 dəfə üç ay müddətinə, Propofenon 150mgX2 dəfə,  Rozulip plus axşam yeməkdən sonra təyinatı ilə təkrar ambulator müayinəyə göndərilmişdir. Xəstənin qanının ümumi analizi, biokimyəvi analizi, sidiyin ümumi analizində dəyişiklik qeyd edilmir. 8/VIII/2024-cü il tarixində xəstə səyrici aritmiya və boğulma şikayəti ilə C.Abdullayev adın Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciət etmiş; exoKardioqrafik, elektrokardioqrafik, laborator müayinələr aparılmışdır. 

Sağ qulaqcıq daxilində olan törəmənin exo müayinə zamanı tromb üçün xarakter olmayan düz xətt şəkilində olan görüntü və bütün anamnestik məlumatlar və aşağı ətraf venalarında aparılan əməliyyat və bundan sonra xəstədə paroksizmal səyrici aritmiya tutmaları və boğulmaların olması bizdə xəstədə sağ qulaqcıq daxilində aşkar edilən törəmənin genezini müəyyən etmək üçün kardio cərrahın müayinəsinə göndərilır. Xəstəyə cərrahi müdaxilə qərarı verildi.Əməliyyat zamanı xəstədə 2-yə qatlanmış 20cm- ə qədər ölçüsü olan yad cisim (kateter) aşkar edildi – xaric edildi. Xəstədə sağ qulaqcıqda olan kateterin ortadan 2-yə qatlanmaqla sağ qulaqcıq divarına sancıldığı və ətrafına qan elementlərinin tromblaşması nəticəsində şarvari bir şəkil aldığı müəyyən edildi. Xəstənın  bir illik  müşahidəmiz dövründə heç bir şikayəti olmamışdır.

Müzakirə: 
Ürəyin yad cisimləri: ürək toxuması sağ və ya sol qulaqcıq, sağ və ya sol mədəcik, müxtəlif damar sahələrində yerləşməsindən asılı olaraq klinik şəkli də uyğun olaraq müxtəlif olur. Xəstələrdə ürəyin yad cisimləri ürək nahiyəsində ağrılar, təngnəfəslik, boğulma, müxtəlif ritm pozğunluqları və sair kimi biruzə verə bilır. Bəzən yad cisimlər xüsusən  uzun müddət bədəndə qaldıqda bakterial, iltihabi, ritm və tromboz kimi ağırlaşmalarla müşaiyət olunur ki, bu isə klinik şəkli dəyişir və daha da mürəkkəbləşdirir. Ürək divarlarında perforasiya yaradaraq hemoperikardit və ürəyin tamponadası kimi təhlükəli vəziyyətlər də  yarada bilər. Ürəyin venoz sistemində müxtəlif prosedurlar və kateter müdaxilələri zamanı yad cisimlər venoz sistemin damarları ilə hərəkət edərək çox vaxt sağ qulaqcıq və ya sağ mədəciyə daxil olur. Sağ qulaqcıq və ya sağ mədəcik divarına sancılan  kateter hissəcikləri ətrafında qan elementlərinin yığılmasına, trombların əmələ gəlməsinə səbəb olduğu hallarda diaqnostik və müalicəvi çətinliklər yaranır. Kiçik 5 mm-ə qədər olan hissəciklər bəzən endovaskulyar yolla, bu mümkün olmadıqda açıq cərrahi yolla ürəkdən xaric edilir. 

Yanaşı iltihabi, bakterial dəyişikliklər,  aritmiyalar inkişaf etdikdə isə müxtəlif antibakterial antiiltihabi və antiaritmik dərman vasitələrindən istifadə edilir. Bizim təqdim etdiyimiz hal zamanı xəstədə sağ qulaqcıq daxili tromb və 20cm- ə qədər ölçüsü olan katater hissəsinin sərt və iti ucu sağ qulaqcıq divarına sancılmış, kateter 2-yə qatlanaraq ətrafında əmələ gəlmiş tromblaşma kateterin görüntülənməsini çətinləşdirmişdir. Xəstədə təngnəfslik, boğulma və səyrici aritmiya tutması meydana çıxmışdır. Yalnız diqqətlə toplanmış anamnestik məlumatlar tromb və səyrici aritmiyanın yad cisim mənşəli olmasını düşünməyə əsas verdiyindən xəstənın  cərrahi müdaxiləyə göndərilməsi üçün əsas olmuşdur. Nəticədə  isə trombun səyrici aritmiya ilə deyil,  sağ qulaqcıqda kateter hissəsinin olması ilə əlaqəli inkişaf etdiyi müəyyən edilmişdir. 

Nəticə: Beləliklə,  istənilən ürək boşluğu daxili tromblar, xüsusən infuzion terapiya və digər kateter müdaxilələri edilmiş xəstələrdə digər səbəblər inkar edilərsə,  qəfləti yaranmış ürək tərəfindən olan şikayətlər zamanı ürək daxili yad cisimlər və onların yaratdığı ağırlaşmalar barədə düşünməyə ehtiyac yarana bilər.

Figures

Keywords

References

Article Info:

Publication history

Published: 28.Jun.2025

Copyright

© 2013-2025. Azerbaijan Society of Cardiology. Published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

Neurogenic Myocardial Stunning

Viewed: 29