Abstract
In this article were compared the role of risk factors cardiovascular disease of atherosclerotic origin between Azerbaijan and the European population, and the indicators of morbidity and disability in Azerbaijan population. We came to the following conclusions: In the elderly population of the European Region and Azerbaijan in both men and women, diabetes occurs more than high blood pressure. But when compared with elderly population of the European Region in Azerbaijan population despite the low level of obesity in men, this indicator in our women is relatively high. But smoking is despite the fact that our men smoke more than women, compared with the European region this indicator remains low. In Azerbaijan population despite the fact that the incidence of diseases of the respiratory, digestive, circulatory system, injuries, poisonings and other external factors, infections occur much more, major causes of disability and injury are diseases of the cardiovascular system of atherosclerotic origin, nervous system and cancer.
Cover Letter

Epidemioloji kontekst. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən Azərbaycanın da daxil olduğu Avropa regionu ölkələrində ölümün, xəstələnmənin və əlilliyin əsas səbəbləri qeyri-infeksion xəstəliklərdir (QİX). Ateroskleroz prosesinin də daxil olduğu 4 əsas QİX kateqoriyasına ürək-damar xəstəlikləri (ÜDX), şiş xəstəlikləri, xronik obstruktiv ağciyər xəstəlikləri (XOAX) və şəkərli diabet (ŞD) aid edilir. Regionun əsas xəstəliklərinin yükü və erkən ölüm məhz bu xəstəliklərin hesabına düşür. Belə ki, Avropa regionunda ölümün, demək olar ki, 86%-i və xəstələnmə yükünün 77%-i QİX səbəbindən baş verir ki, bu da səhiyyə sisteminin getdikcə böyüyən yüklənməsinə gətirib çıxarır, iqtisadi inkişafa zərər vurur və əhalinin əhəmiyətli hissəsinin, xüsusən 50 yaş və daha yuxarı olanların qənaətbəxş həyatına təhlükə törədir.1
Tütünçəkmə, aşağı fiziki fəallıq, qeyri-sağlam qidalanma və alkoqolun zərərverici istifadəsi kimi davranış formaları QİX-in inkişaf riskini yüksəldən 4 metabolik/fizioloji dəyişikliyə və son nəticədə ürək, beyin, böyrək və aşağı ətraf damarlarının aterosklerozuna gətirib çıxarır. Bunlara yüksəlmiş arterial təzyiq, əlavə bədən çəkisi/piylənmə, hiperqlikemiya (qanda qlükozanın səviyyəsinin yüksəlməsi) və hiperlipidemiya (qanda lipidlərin səviyyəsinin yüksəlməsi) aid edilir. QİX-in inkişafı riskinin əsas amillərindən qlobal masştabda daha çox halda ölüm halının artmasına səbəb olan arterial təzyiqin yüksəlməsidir, belə ki, qlobal ölüm halının 18%-i onunla əlaqəlidir. Bundan sonra əlavə bədən çəkisi/piylənmə və qanda qlükozanın səviyyəsinin yüksəlməsi gəlir. Bunlar da son nəticədə ateroskleroz prosesinin kəskinləşməsi olan miokard infarktı, insult kimi ÜDX səbəbindən ölümlə nəticələnirlər.
Bioloji risk amili kimi arterial təzyiqin yüksəlməsi qlobal ölümün aparıcı risk amillərindən biridir və 2010-cu ildə 9.4 mln ölümə və 7% əlilliyə səbəb olmuşdur. 2014-cü ildə 18 və daha yuxarı yaşı olanlarda arterial təzyiqin yüksəlməsinin (sistolik/diastolik təzyiq ≥ 140/90 mm c.s.) qlobal rastgəlmə tezliyi 22% təşkil etmişdir. Arterial hipertenziyanın (AH) baş verməsini azaltmaq üçün alkoqolun zərərverici istifadəsi, aşağı fiziki fəallıq, əlavə bədən çəkisi, piylənmə və yüksək duz istifadəsi kimi davranış risk amillərinə təsir göstərilməlidir. Ümumi risk yanaşması AH-nın erkən müəyyən və səmərəli idarə edilməsini, infarkt, insult və digər ağırlaşmaların profilaktikasını tələb edir.2, 3
Bütün dünya ölkələri üzrə baxıldıqda 1980-ci ildən 2014-cü ilədək bioloji risk amili olan piylənmə 2 dəfədən çox artmış, 18 və daha yuxarı yaşı olan kişilər arasında 11%, qadınlar arasında isə 15% halda qeydə alınmışdır. 2013-cü ildə 5 yaşdan aşağı olan 42 mln uşaqda əlavə bədən çəkisi müəyyən edilmişdir. Piylənmədən fiziki fəallığın yüksəldilməsi və bütün həyat boyu sağlam qidalanma vasitəsi ilə qorunmaq mümkündür.2, 4
2012-ci ildə ÜDX QİX səbəbindən ölənlər arasında aparıcı yeri tutmuş və 17.5 mln ölüm halına səbəb olmuşdur. Yüksək riskli fərdlər vaxtında aşkarlanıb müalicə edildikdə infarkt və insultdan lazımınca qoruna bilərlər. Ümumi risk yanaşmasına əsaslanan inteqrasiya olunmuş proqramlar birincili profilaktika məqsədi ilə AH, ŞD və digər risk amillərinin bal hesablamalarından istifadə edirlər.5, 6
Qeyri-infeksion xəstəliklər ilə mübarizə və profilaktika. ÜST 2013-2020-ci illərdə QİX ilə mübarizə və profilaktikada fəaliyət planı hazırlamışdır.7, 8
Bu plana əsasən Ümumdünya Sağlamlıq Assambleyası 2025-ci ilədək QİX törədən 25 göstərici və 9 qlobal hədəf barəsində universal global monitorlama çərçivəsi hazırlamışdır. 1-ci hədəf ÜDX, şiş, ŞD xəstəlikləri və XOAX səbəbindən ölüm göstəricisində 25%, 2-ci hədəf milli kontekst zəminində alkoqolun zərərverici istifadəsində ən azı 10%, 3-cü hədəf aşağı fiziki fəallığın tezliyində 10%, 4-cü hədəf populyasiyalarda su/natrium qəbulunda 30%, 5-ci hədəf 15+ yaşı olanlarda tütünçəkmənin rastgəlməsində 30%, 6-cı hədəf yüksəlmiş qan təzyiqinin rastgəlməsində 25% nisbi risk azalmasına nail olmaqdır, 7-ci hədəf şəkərli diabet və piylənmənin artımının qarşısını almaqdır, 8-ci hədəf ürək tutmalrı və insultdan qorunmaq üçün ən azı 50% seçilmiş əhali qrupunda dərman müalicəsinin və qlikemik nəzarətin aparılmasıdır, 9-cu hədəf isə əsas qeyri-infeksion xəstəliklərin müalicəsini tələb edən ictimai və fərdi qruplarda essensial təbabətdən və texnologiyalardan istifadənin 80%-dək müyəssərliyinə nail olmaqdır. Avropa regionunun 47 üzv ölkəsi ÜST-nin Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyasının (WHO Framework Convention on Tobacco Control) rəsmi tərəfdaşıdırlar. 2006-cı ildə piylənmə ilə mübarizəyə qarşı nazirlər konfransı keçirilmişdir ki, bundan sonra qida maddələri və qidalanma barədə ÜST-nin 2007-2012-ci illərdə ikinci Avropa fəaliyət planının və ÜST-nin sağlamlıq məqsədi ilə fiziki fəallıq barədə Çərçivə Konvensiyasının yekun xartiyası qəbul olunmuşdur. Həmçinin alkoqolun zərərverici istifadəsinin azaldılmasına dair 2012-2020-ci illərdə Avropa fəaliyyət planı Regional Komitə tərəfindən təsdiqlənmişdir. Ətraf mühit və sağlamlıq barədə Parm deklarasiyası (2010-cu il) QİX profilaktikası üçün ətraf mühitin zərərli amillərinin azaldılması barədə Avropa üzv-ölkələri qarşılarına dəqiq məqsəd qoymuşlar.
Yuxarıda adları çəkilən Sağlamlıq-2020 siyasətinin konseptual müddəalarına əsasən aşağıdakılar aid edilir: sosial ədalət məsələlərinə diqqət, səhiyyə sisteminin möhkəmləndirilməsi, bütün strategiyalarda sağlamlıq maraqlarının qorunması, həyatın bütün mərhələlərinin (doğumdan ölümədək) nəzərə alınması, vətəndaşların və cəmiyyətlərin imkan və hüquqlarının genişləndirilməsi, populyasion və fərdi yanaşmaların balanslaşdırılması, proqramların inteqrasiyası, bütün cəmiyyətin iştirakı prinsipləri.
Azərbaycandakı vəziyyət. ÜST-nin məlumatlarına görə Azərbaycanda 2010-cu ildə orta BKİ kişilərdə 25.9 (95% Eİ 25-26.8), qadınlarda 27.6% (95% Eİ 26.5-28.6), hər iki cins üzrə 26.7 (95% Eİ 26.1-27.4), 2014-cü ildə isə kişilərdə 26.6 (95% Eİ 25.4-27.8), qadınlarda 28.1 (95% Eİ 26.8-29.5), hər iki cins üzrə 27.4 (95% Eİ 26.5-28.3) olmuşdur. 2010-cu ildə əlavə bədən çəkisi (BKİ≥25) kişilərdə 50.9 (95% Eİ 43.7-58), qadınlarda 54.4% (95% Eİ 47.6-61.1), hər iki cins üzrə 52.7 (95% Eİ 47.7-57.6), 2014-cü ildə isə kişilərdə 56.3 (95% Eİ 47.6-64.7), qadınlarda 58.4 (95% Eİ 50.3-66.2), hər iki cins üzrə 57.4 (95% Eİ 51.6-63) olmuşdur. 2010-cu ildə piylənmə (BKİ≥30) kişilərdə 14.8 (95% Eİ 9.8-20), qadınlarda 22.4% (95% Eİ 16.7-28.7), hər iki cins üzrə 18.6 (95% Eİ 14.9-22.6), 2014-cü ildə isə kişilərdə 18.5 (95% Eİ 11.9-26.1), qadınlarda 25.9 (95% Eİ 18.5-34.1), hər iki cins üzrə 22.2 (95% Eİ 16.2-27.4) olmuşdur.
ÜST-nin məlumatlarına görə Azərbaycanda 2010-cu ildə qanda qlükozanın yüksəlməsi kişilərdə 10.5 (95% Eİ 6-16.4), qadınlarda 12.8% (95% Eİ 7.7-19.6), hər iki cins üzrə 11.7 (95% Eİ 7.8-15.4), 2014-cü ildə isə kişilərdə 13.1 (95% Eİ 6.1-22.5), qadınlarda 15.5 (95% Eİ 7.7-26.1), hər iki cins üzrə 14.3 (95% Eİ 8.1-20.9) olmuşdur.
ÜST-nin məlumatlarına görə Azərbaycanda 2010-cu ildə arterial təzyiqin yüksəlməsi kişilərdə 25.2 (95% Eİ 17.3-34.5), qadınlarda 23.2% (95% Eİ 16.3-31.1), hər iki cins üzrə 24.2 (95% Eİ 18.4-30.3), 2014-cü ildə isə kişilərdə 27.7 (95% Eİ 17.8-39.2), qadınlarda 24.5 (95% Eİ 15.7-34.7), hər iki cins üzrə 26.1 (95% Eİ 19.1-33.2) olmuşdur.
Cədvəl 1. 2014-cü il məlumtlarına əsasən Avropa regionu ilə müqayisədə Azərbaycanın yaşlı əhalisi arasında ürək-damar xəstəliklərinə səbəb ola biləcək müxtəlif xəstəlik və risk amillərinin cinslər üzrə rastgəlmə göstəriciləri
Şəkil 1. 2014-cü il məlumatlarına əsasən Avropa regionu ilə müqayisədə Azərbaycanın yaşlı əhalisi arasında ürək-damar xəstəliklərinə səbəb ola biləcək müxtəlif xəstəlik və risk amillərinin cinslər üzrə rastgəlməsini göstərən qrafik.
Cədvəl 1.-də 2014-cü il məlumtlarına əsasən Avropa regionu ilə müqayisədə Azərbaycanın yaşlı əhalisi arasında ürək-damar xəstəliklərinə səbəb ola biləcək müxtəlif xəstəlik və risk amillərinin cinslər üzrə rastgəlmə göstəriciləri, şəkil 2.-də isə 2014-cü il məlumatlarına əsasən
Avropa regionu ilə müqayisədə Azərbaycanın yaşlı əhalisi arasında ürək-damar xəstəliklərinə səbəb ola biləcək müxtəlif xəstəlik və risk amillərinin cinslər üzrə rastgəlməsini göstərən qrafik verilmişdir.
Bu məlumatlar onu göstərirlər ki, Avropa regionu ilə müqayisədə Azərbaycanın həm kişi və həm də qadın yaşlı əhalisi arasında şəkərli diabetə yüksək arterial təzyiqə nisbətən daha çox halda rast gəlinir. Bundan fərqli olaraq Avropa regionu ilə müqayisədə Azərbaycanın yaşlı əhalisi arasında əlavə bədən çəkisinin kişilərdə nisbətən aşağı olmasına baxmayaraq bu göstərici bizim qadınlarda daha yüksəkdir, tütünçəkmə isə, Azərbaycanda kişilər arasında qadınlara nisbətən xeyli yüksək olmasına baxmayaraq Avropa regionu ilə müqayisədə bu göstərici bizdə hər iki cins üzrə daha aşağıdır (Şəkil 1).
Şiş xəstəliyinin yayılmasına gəlincə isə Azərbaycanda 2008-ci ildə 25.472 şiş xəstəsi müalicə-profilaktika müəssisələrində qeydiyyatda olmuşdursa, 2013-cü ildə onların sayı artıq 34.681 nəfərə çatmışdır. Burada vurğulanmalıdır ki, qeyd edilən artım əsasən onkoloji xidmətin gücləndirilməsi, müasir diaqnostik müayinələrin əlçatanlığının və tətbiqinin genişlənməsi, habelə maarifləndirmə işi ilə bağlıdır.9
Ölkədə 2005-ci ildə 7405 yeni şiş halı qeydə alınmışdırsa, bu rəqəm 2010-cu ildə 8979, 2012-ci ildə 10075, 2013-cü ildə 10894, 2014-cü ildə 11011 hal olub. 2008-ci ildə 884 yeni ağciyər, traxeya və bronxların şişi, 816 yeni mədə şişi, 1070 yeni süd vəzi şişi və 344 yeni qida borusu şişi və 299 yeni düz bağırsaq, anus və siqmaya bənzər bağırsaq şişi müəyyən edilmişdirsə, 2013-cü ildə artıq 1519 yeni süd vəzi şişi (~50% artım), 1039 yeni ağciyər, traxeya və bronxların şişi (~20% artım), 367 yeni qida borusu (~6% artım), 1042 yeni mədə şişi (~30% artım) və 407 yeni düz bağırsaq, anus və siqmaya bənzər bağırsaq şişi (~25% artım) qeydə alınmışdır. Bədxassəli xəstəliklərin hallarının pasiyentlərin cinsindən asılı olaraq təhlili göstərir ki, 2008-ci ildə qeydə alınmış bütün yeni törəmələrin 3785 halı qadınlarda baş vermişdirsə, 2013-cü ildə şişə tutulmuş qadınların sayı 4659 olmuşdur. Qadınlarda müəyyən edilmiş şiş hallarının böyük hissəsi süd vəzi, uşaqlıq boynu və yumurtalıqların şişi xəstəliklərinin payına düşür. Qeyd edilməlidir ki, 2008-ci ildə bütün səbəblərdən ölən 52.710 xəstənin 6.515, 2013-cü ildə isə bütün səbəblərdən ölən 54.383 xəstənin 6383 nəfəri şiş xəstəliyi səbəbindən ölmüşdür. Şiş xəstəliyindən 2013-cü ildə ölənlərin 3575 nəfəri kişi, 2808 nəfəri qadın olmuşdur.
Cədvəl 2., 3. və şəkil 2.-də Azərbaycan əhalisi arasında əsas xəstəlik sinifləri üzrə xəstələnmə göstərilmişdir. Cədvəllər və qrafikin təhlili nəticəsində aşağıdakı nəticələrə gəlmək mümkündür.
Cədvəl 2. Əsas xəstəlik sinifləri üzrə əhalinin xəstələnməsi, mütləq say (İlk dəfə qoyulmuş diaqnozla)
Cədvəl 3. Əsas xəstəlik sinifləri üzrə əhalinin xəstələnməsi, əhalinin hər 1000 nəfərinə düşən say (İlk dəfə qoyulmuş diaqnozla)
Şəkil 2. Əsas xəstəlik sinifləri üzrə əhalinin xəstələnməsini mütləq saya görə göstərən qrafik (İlk dəfə qoyulmuş diaqnozla).
Azərbaycan əhalisi içərisində bütün xəstəliklər cəmi 2005, 2010, 2012, 2013 və 2014-cü illərdə müvafiq olaraq mütləq və əhalinin hər 1000 nəfərinə düşən sayla belə olmuşdur: 1503824 və 179; 1604610 və 180; 1686887 və 184; 1739584 və 187; 1852918 və 197. Gördüyümüz kimi əhalinin xəstələnmə göstəriciləri getdikcə yüksəlmə meyli göstərir və ya xəstəliklər daha çox aşkarlanmağa başlanmışdır. Ayrı-ayrı xəstəliklərə gəldikdə isə Azərbaycan əhalisi içərisində ən çox tənəffüs sistemi xəstəliklərinə təsadüf edilir və bu rəqəm hələ də yüksək olaraq qalmaqdadır. Belə ki, 2005, 2010, 2012, 2013 və 2014-cü illərdə tənəffüs sistemi xəstəliklərinin rastgəlməsi mütləq və əhalinin hər 1000 nəfərinə düşən sayla müvafiq olaraq belə olmuşdur: 677123 və 81; 688352 və 77; 724329 və 79; 731015 və 79; 741198 və 79. Sonrakı yerləri həzm və ürək-damar sistemi xəstəlikləri bölüşdürürlər. Burada 2005, 2010, 2012, 2013 və 2014-cü illərdə həzm sistemi xəstəliklərinin rastgəlməsi mütləq və əhalinin hər 1000 nəfərinə düşən sayla müvafiq olaraq belə olmuşdur: 107162 və 13; 114856 və 13; 131534 və 14; 138522 və 15; 152362 və 16. 2005, 2010, 2012, 2013 və 2014-cü illərdə ÜD xəstəliklərinin rastgəlməsi mütləq və əhalinin hər 1000 nəfərinə düşən sayla müvafiq olaraq belə olmuşdur: 117345 və 14; 113739 və 13; 121988 və 13; 129970 və 14; 140433 və 15. Sonrakı yerdə müxtəlif xarici təsirlər və travmalar təsirindən əmələ gələn xəstəliklər durur. 2005, 2010, 2012, 2013 və 2014-cü illərdə onların rastgəlməsi mütləq və əhalinin hər 1000 nəfərinə düşən sayla müvafiq olaraq belə olmuşdur: 116122 və 14; 101876 və 11; 114707 və 13; 121199 və 13; 123796 və 13. Sonrakı yerdə sinir sistemi xəstəlikləri gəlirlər. 2005, 2010, 2012, 2013 və 2014-cü illərdə onların rastgəlməsi mütləq və əhalinin hər 1000 nəfərinə düşən sayla müvafiq olaraq belə olmuşdur: 48740 və 6; 53815 və 6; 58730 və 6; 63307 və 7; və 8. Qan və qanyaradıcı orqanların, endokrin sistemin və qaidalanma ilə əlaqədar, nəhayət şiş xəstəliklərinin rastgəlməsi 2.-ci və 3.-cü cədvəllərdə sonuncu yerləri bölüşdürürlər. 2005, 2010, 2012, 2013 və 2014-cü illərdə onların rastgəlməsi mütləq və əhalinin hər 1000 nəfərinə düşən sayla müvafiq olaraq belə olmuşdur: qan və qanyaradıcı orqanların xəstəlikləri üzrə 38005 və 5; 45204 və 5; 45942 və 5; 48238 və 5; 59473 və 6; endokrin sistemin və nutritiv pozulmalarla əlaqədar xəstəliklər üzrə 34213 və 4; 42517 və 5; 46590 və 5; 48549 və 5; 51099 və 5; şiş xəstəlikləri üzrə 7405 və 1; 8979 və 1; 10075 və 1; 10894 və 1; 11011 və 1.
Cədvəl 4. və şəkil 3.-də Azərbaycan əhalisi arasında əlillik göstəriciləri verilmişdir. Cədvəl və qrafikin təhlili nəticəsində aşağıdakı nəticələrə gəlmək mümkündür.
Cədvəl 4. 2014-cü ildə Azərbaycan əhalisi arasında əlillik göstəriciləri.
Şəkil 3. 2014-cü ildə Azərbaycan əhalisi arasında əlillik göstəriciləri.
2014-cü ildə Azərbaycan əhalisi arasında əlilliyə ən çox səbəb olan xəstəlik ÜDX olmuşdur. Bu xəstəliyə görə əlillərin mütləq sayı 6296, 18 və yuxarı yaşda olan əhalinin hər 10000 nəfərinə düşən sayla 9.0, bütün xəstəliklərə nisbətdə faizlə 20.3% təşkil etmişdir. 2014-cü ildə Azərbaycan əhalisi arasında əlilliyə ən çox səbəb olan digər xəstəliklər sinir sistemi və şiş xəstəlikləri olmuşlar. Bu xəstəliklərə görə əlillərin mütləq sayı müvafiq olaraq 3439 və 3235, 18 və yuxarı yaşda olan əhalinin hər 10000 nəfərinə düşən sayla 4.9 və 4.6, bütün xəstəliklərə nisbətdə faizlə 11.3% və 10.4% təşkil etmişdir. Növbəti yerləri göz və gözətrafı apparatın xəstəlikləri, travmalar, zəhərlənmələr və xarici cəbəblərin təsirindən baş vermiş xəstəliklər, ruhi və davranış pozulmaları xəstəlikləri, endokrin və nutritiv xəstəliklər və vərəm xəstəliyi bölüşdümüşlər. Bu xəstəliklərə görə əlillərin mütləq sayı müvafiq olaraq 2941, 2223, 2160, 2059 və 1284, 18 və yuxarı yaşda olan əhalinin hər 10000 nəfərinə düşən sayla 4.2, 3.2, 3.1, 3.0 və 1.8, bütün xəstəliklərə nisbətdə faizlə 9.5%, 7.2%, 7.0%, 6.6% və 4.1% təşkil etmişdir. Nəhayət bu siyahıda sonuncu yerlər qulaq və məməyəbənzər cisim xəstəliklərinə, istehsalat travmalarına və peşə xəstəliklərinə məxsus olmuşdur. Bu xəstəliklərə görə əlillərin mütləq sayı müvafiq olaraq 260, 62 və 8, 18 və yuxarı yaşda olan əhalinin hər 10000 nəfərinə düşən sayla 0.4, 0.1 və 0.01, bütün xəstəliklərə nisbətdə faizlə 0.8%, 0.2% və 0.03% təşkil etmişdir.
2014-cü ildə Azərbaycan əhalisi arasında əlillik göstəricilərinin təhlili də, həmçinin bu qənaətə gəlməyə imkan verir ki, əmək qabiliyyəti əsasən ÜDX, sinir sistemi və şiş xəstəlikləri nəticəsində pozulur. Bu sırada göz və gözətrafı apparatın xəstəlikləri, travmalar, zəhərlənmələr və xarici cəbəblərin təsirindən baş vermiş xəstəliklər, ruhi və davranış pozulmaları xəstəlikləri, endokrin və nutritiv xəstəliklər və vərəm xəstəliyi də heç də az əhəmiyyət kəsb etmir.
Azərbaycan əhalisi arasında ateroskleroz mənşəli ÜDX-nin baş verməsində risk amillərinin rolunu Avropa regionu ilə və əlillik göstəricilərini xəstələnmə göstəriciləri ilə müqayisə etdikdə aşağıdakı nəticələrə gəlmək olar:
Avropa regionu ilə müqayisədə Azərbaycanın həm kişi və həm də qadın yaşlı əhalisi arasında şəkərli diabetə yüksək arterial təzyiqə nisbətən daha çox halda rast gəlinir. Bundan fərqli olaraq Avropa regionu ilə müqayisədə Azərbaycanın yaşlı əhalisi arasında əlavə bədən çəkisinin kişilərdə nisbətən aşağı olmasına baxmayaraq bu göstərici bizim qadınlarda daha yüksəkdir, tütünçəkmə isə, Azərbaycanda kişilər arasında qadınlara nisbətən xeyli yüksək olmasına baxmayaraq Avropa regionu ilə müqayisədə bu göstərici bizdə hər iki cins üzrə daha aşağıdır
Azərbaycan əhalisi arasında tənəffüs, həzm, ürək-damar sistemi xəstəlikləri ilə, travmalar, zəhərlənmələr və xarici cəbəblərin təsirindən baş vermiş, infeksion və parazitar xəstəliklərlə xəstələnmə daha yüksək olduğu halda, əsas zədələnmə və əlillik törədən xəstəliklər ateroskleroz mənşəli ürək-damar, sinir sistemi və şiş xəstəlikləridir.
Figures

Keywords
References
1. www.who.int/topics/noncommunicable_diseases/en/
2. Lim SS, Vos T, Flaxman AD, Danaei G, Shibuya K, Adair-Rohani H et al. A comparative risk assessment of burden of disease and injury attributable to 67 risk factors and risk factor clusters in 21 regions, 1990-2010: a systematic analysis for the Global Burden of Disease Study 2010. Lancet, 2012; 380(9859):2224-2260.
3. A global brief on hypertension. Silent killer, global public health crisis. Geneva; World Health Organization; 2013
(http://apps.who.int/trls/bitstream/10665/79059/1/WHO_DCO_WHD_2013.2_eng.pdf. acessed 5 November 2014).
4. Obesity: preventing and managing the global epidemic/ Report of a WHO consultation/ Geneva: World Health Organization; 2000 (WHO Technical Report Series, No.894: http://www/who.int/nutrition/publication/obesity/WHO_TRS_894/en/, acessed 5 November 2014
5. http://www.who.int/healthinfo/global_burden_disease/en/
6. Yusuf S, Rangarajan S, Teo K, Islam S, Li W, Liu L et al; PURE investigators. Cardiovascular risk and events in 17 low-, middle-, and high-income countries. N Eng J Med. 2014; 371(9): 818-27.
7. План действий для Глобальной стратегии по профилактике неинфекционных болезней и борьбе с ними. Женева, Всемирная организация здравоохранения, 2008
(http://apps.who.int/gb/ebwha/pdf_files/WHA61-REC1-part4-ru.pdf)
8. Московская декларация: Первая глобальная министерская конференция по здоровому образу жизни и неинфекционным заболеваниям. Москва, 28-29 апреля 2011 г. Женева, Всемирная организация здравоохранения, 2011
9. (http://www/who.int/nmh/events/moscow_ncds_documents/moscow_declaration_ru.pdf)
http://mom.gov.az/?smode=content&item=AZERBAYCAN_RESPUBLIKASI_ONKO_REQSTRI&lang=az
Article Info:
Publication history
Published: 30.Dec.2015
Copyright
© 2013-2025. Azerbaijan Society of Cardiology. Published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.Related Articles
Viewed: 205