Abstrakt

Bakı şəhəri C.M.Abdullayev adına Elmi-tədqiqat Kardiologiya institunun kardioloji və ürək çatışmazlığı şöbəsində 2012-2013-cü illərdə xronik ürək çatışmazlığından müalicə alan 445 xəstənin xəstəlik tarixlərinin retrospektiv təhlili aparılmışdır. Arxiv materialının retrospektiv təhlilindən alınan göstəricilərə əsasən anemiyanın yayılma dərəcəsi 26,7% təşkil etmişdir (119 xəstə),bunlardan 76 nəfər kişi və 43 nəfər qadın olmuşdur.Kişilər arasında Hb–nin orta səviyyəsi 103,0±4,1 q/l,qadınlar arasında isə 86,6±7,3 q/l olmuşdur.Hb-nin normadan aşağı olması II f.s. olan 16 xəstə,III f.s.olan 69 xəstə və IV f.s. olan 34 xəstədə müəyyən olunmuşdur.Anemiyanın yayılma dərəcəsi NYHA üzrə II funksional sinif ilə (р<0,01) müqayisədə III funksional sinif olan qrupda dürüst yüksək olmuşdur, eləcə də NYHA üzrə II funksional sinif ilə müqayisədə (р<0,001) IV funksional sinif olan qrupda dürüst yüksək olmuşdur. Anemiyanın aşkaredilmə tezliyi xronik ürək çatışmazlığının ağırlıq dərəcəsinin artmasından (NYHA üzrə III və IV funksional sinif xronik ürək çatışmazlığı olan xəstələrdə anemiyanın yayılma dərəcəsi dürüst yüksək olmuşdur) asılı olmuşdur. Hemoqlobinin səviyyəsi ilə sol mədəcik miokardının kütlə indeksi arasında dürüst əks əlaqənin olduğu aşkar edilmişdir (r=-0,13, р=0,04).Anemiya olan xəstələr sol mədəcik miokardının kütlə indeksinin dürüst yüksək olması baxımından (р<0,001) fərqlənmişdir.

Əsas mətn

Son illərdə bütün dünyada xronik ürək çatışmazlığı olan xəstələrin sayı durmadan artır ki, bu da ilk növbədə ürəyin işemik xəstəlinin (ÜİX) müvəffəqiyyətli müalicəsi və onun bəzi kəskin formaları səbəbilə ölüm hallarının azalması ilə əlaqədardır. XÜÇ-ün gedişini ağırlaşdıran halların,xüsusilə anemiyanın vaxtında aşkar edilməsi və terapiyası əsas problemlərdən biri hesab olunur. Erkən aparılan tədqiqatlara əsasən xronik ürək çatışmazlığı zamanı anemiyanın ən çox rast gəlinən səbəbləri dəmir metabolizminin pozulmasıdır ki, bu da nəticədə dəmirin itirilməsinə, kaxeksiyaya (həqiqi dəmir defisitli anemiya) gətirib çıxarır və ya dəmir paylaşdırılmasının pozulmasına səbəb olur ki, bu da xroniki xəstəliklər anemiyası üçün xarakterikdir[1,2]. Xronik ürək çatışmazlığı zamanı anemiyaya tez-tez rast gəlinir və bu da əsas xəstəliyi ağırlaşdıran səbəb kimi özünü göstərir.Anemiya XÜÇ proqnozunu pisləşdirən faktorlardan biri olmaqla yanaşı,həm də ümumi ölüm faizinin artmasına gətirib çıxarır [3,4]. Belə ki,Fremingem tədqiqatı göstərmişdir ki,anemiya XÜÇ yaranması üçün müstəqil risk faktorudur[5]. SOLVD tədqiqatında isə sübut olunmuşdur ki, XÜÇ olan xəstələrdə hemotokritin 1%-dən aşağı düşməsi ümumi ölümün artmasına səbəb olur [6].Lakin hazırki dövrə qədər xronik ürək çatışmazlığı ilə ağırlaşan ürəyin işemik xəstəliyi olan müxtəlif xəstələr kateqoriyasında anemik sindromun rastgəlmə tezliyi, onun kəskinlik dərəcəsi, strukturu və həmin qrup xəstələrdə anemiyaya gətirib çıxaran səbəblər dəqiqləşdirilməmişdir [7]. Anemiyanın xronik ürək çatışmazlığının gedişinə və xəstəliyin proqnozuna təsirinin kəskinliyi müəyyən edilməmişdir. Həmçinin xronik ürək çatışmazlığı ilə yanaşı anemiya  olan xəstələrin yeni effektiv müalicə istiqaməti işlənib hazırlanmamışdır. 
Yuxarıda qeyd olunanlar müzakirə olunan problemin aktuallığını təyin etmiş və həmin müayinələrin aparılmasına sövq edən əsas motiv olmuşdur.

Bu məqsədlə, Bakı şəhəri C.Abdullayev adına Elmi-tədqiqat Kardiologiya institunun ürək çatışmazlığı şöbəsində 2012-2013-cü illərdə xronik ürək çatışmazlığından müalicə alan 445 xəstənin xəstəlik tarixlərinin retrospektiv təhlili aparılmışdır. Arxiv materialının retrospektiv təhlilindən alınan göstəricilərə əsasən anemiyanın yayılma dərəcəsi  26,7% təşkil etmişdir (119 xəstə). NYHA təsnifatına əsasən xronik ürək çatışmazlığı olan xəstələrdə funksional sinifdən asılı olaraq anemiyanın rastgəlmətezliyini təhlil etmək məqsədilə xəstələr 3 qrupa bölünmüşlər: birinci qrupu II funksional sinif olan xəstələr (n=114), ikinci qrupu III funksional sinif olan xəstələr (n=214), üçüncü qrupu IV funksional sinif olan xəstələr (n=117) təşkil etmişdir .

Qruplar dürüst olaraq cinsə, yaşa, bədən çəki indeksinə, siqaretçəkmə faktına, şəkərli diabetin tezliyinə, anamnezdə arterial hipertoniyanın, miokard infarktının olmasına görə fərqlənməmişlər. Lakin qulaqcıqların fibrilyasiyasının aşkar olunma tezliyinə görə NYHA üzrə II funksional sinif zamanı III (р<0,001) və IV (р<0,001) funksional siniflər ilə müqayisədə aşağı olmuşdur. 

Arxiv materiallarına əsasən xəstəlik tarixlərinə baxarkən 119 xəstədə Hb-nin normadan aşağı olması (orta hesabla Hb=92,3±46,5 q/l) aşkar edilmiş,bunlardan 76 nəfər kişi və 43 nəfər qadın olmuşdur.Kişilər arasında Hb–nin orta səviyyəsi 103,0±4,1 q/l,qadınlar arasında isə 86,6±7,3 q/l olmuşdur.Hb-nin normadan aşağı olması II f.s. olan 16 xəstə,III f.s.olan 69 xəstə və IV f.s. olan 34 xəstədə müəyyən olunmuşdur. Cədvəldəngöründüyü kimi anemiyanın yayılma dərəcəsi NYHA üzrə II funksional sinif ilə (р<0,01) müqayisədə III funksional sinif olan qrupda dürüst yüksək olmuşdur, eləcə də NYHA üzrə II funksional sinif ilə müqayisədə (р<0,001) IV funksional sinif olan qrupda dürüst yüksək olmuşdur.
Cədvəl 2-dən göründüyü kimi, tədqiqat qrupları xəstələrin cinsi (р>0,05), siqaret çəkmə faktı (р>0,05), AH-in olması (р<0,05), qulaqcıların fibrilyasiyası (р<0,05), anamnezdə ağ ciyər xəstəliklərinin olması (р>0,05), müayinələr aparıldığı anda sistolik və diastolik arterial təzyiq (р>0,05) baxımından təqribən eyni olmuşdur.Böyrəklərin xroniki xəstəliklərinin yayılma tezliyi anemiya qrupunda üstünlük təşkil etmişdir (р<0,001). Anemiyanın aşkaredilmə tezliyi xronik ürək çatışmazlığının ağırlıq dərəcəsinin artmasından (NYHA üzrə III və IV funksional sinif xronik ürək çatışmazlığı olan xəstələrdə anemiyanın yayılma dərəcəsi dürüst yüksək olmuşdur) asılı olmuşdur. Hemoqlobinin səviyyəsi ilə sol mədəcik miokardının kütlə indeksi arasında dürüst əks əlaqənin olduğu aşkar edilmişdir (r=-0,13, р=0,04).Anemiya olan xəstələr sol mədəcik miokardının kütlə indeksinin dürüst yüksək olması baxımından (р<0,001) fərqlənmişdir. Tədqiqat qrupları xronik ürək çatışmazlığı üzrə alınan müalicə baxımından eyni olmuşdur (cədvəl 3).

Hər iki qrup xəstələr AÇF ingibitorları, beta-adrenoblokatorlar, ilgək diuretikləri, spironolakton, statinlər,AT-II reseptorunun blokatorları qəbul etmişlər.
Cədvəl 4-də anemiyanın olub olmamasından asılı olaraq xronik ürək çatışmazlığı olan xəstələrin laborator xarakteristikası verilmişdir.
Cədvəldən göründüyü kimi qruplar kreatinin (р<0,001), sidik cövhəri (р<0,001) və xolesterin (р<0,005), göstəricilərinə görə dürüst fərqlənmişlər. 

Beləliklə, anemiyaya çox zaman yuxarı yaşlı xəstələr qrupunda rast gəlinmiş,lakin bu göstərici statistik dürüst olmamışdır. Anemiya bu xəstələr arasında bədən çəki indeksinin aşağı düşməsi ilə assosiasiya olunmuşdur. Xronik ürək çatışmazlığı olan xəstələrin anamnezində miokard infarktı üstünlük təşkil etmişdir. Bu xəstələr daha çox xronik böyrək xəstəlikləri və proteinuriyadan əziyyət çəkmişlər. Anemiyanın rastgəlmə tezlyi NYHA üzrə xronik ürək çatışmazlığının ağırlıq dərəcəsindən asılı olmuşdur. 
İnkişaf etmiş sənaye ölkələrində epidemioloji tədqiqatlar üzrə xronik ürək çatışmazlığının yayılma dərəcəsi 0,4-2% olduğu halda, xronik ürək çatışmazlığının dekompensasiyası 20% halda kardiloji stasionarda hospitallaşmaya səbəb olur [8,9], müalicəyə sərf olunan maliyyə məsrəfləri ümumi səhiyyə büdcəsinin 1-2%-ni təşkil edir [10].Xronik ürək çatışmazlığı zamanı anemiyanın yayılma dərəcəsi müxtəlif müəlliflərin göstəricilərinə əsasən 4-55% arasında tərəddüd edir [11,12], anemiyanın ağırlıq dərəcəsi ürək funksiyasının pozulma dərəcəsi ilə korrelyasya edir [1] və həmin populyasiyada ölüm riskinin artması ilə assosiasiya olunur [3]. Anemiyanın aşkar olunma tezliyi göstəricilərinin səviyyəsi, güman ki, anemiyanın müxtəlif diaqnostik meyarlarının və müayinə metodlarının istifadə olunması, eləcə də populyasiyada aparılan müayinələrin eynicinsli olmaması ilə bağlıdır.

Bizim tədqiqatda anemiyanın rastgəlmə tezliyi xronik ürək çatışmazlığının funksional sinfindən asılı olaraq artmışdır (NYHA üzrə III-IV funksional sinif 62,6% olduğu halda, II funksional sinif 13,2% olmuşdur), bununla yanaşı anemiyanın ağırlıq dərəcəsi xronik ürək çatışmazlığının davametmə müddəti ilə düz mütənasib olmuşdur.[138]. ]. Göründüyü kimi anemiyanın yayılma dərəcəsi NYHA üzrə II f.s. ilə müqayisədə III f.s. olan qrupda yüksək olmuşdur,eləcə də II f.s. ilə müqayisədə IV f.s. olan qrupda yüksək olmuşdur. Burdan belə bir nəticə çıxarmaq olar ki,XÜÇ-nın f.s. artdıqca anemiyanın rastgəlmə tezliyi artır və bu da ədəbiyyat göstəriciləri ilə üst-üstə düşmüşdür [1,13].

Şəkillər

Açar sözlər

İstinadlar

1. O'Meara E., Clayton T., McEntegart M.B., et al. Clinical correlates and consequences of anemia in a broad spectrum of patients with heart failure: results of the Candesartan in Heart Failure: Assessment of Reduction in Mortality and Morbidity (CHARM) Program. // Circulation. - 2006. -113. -P.986-94.
2. Pallangyo P.,  Fredrick F.Cardiorenal Anemia Syndrome and Survival among Heart Failure Patients in Tanzania: A Prospective Cohort Study//Pallangyo et al. BMC Cardiovascular Disorders (2017) 17:59
3. Carson J.L., Duff A., Poses R.M. et al. Effect of anemia and cardiovascular disease on surgical mortality and morbidity. // Lancet. - 2006. -348. — P. 1055-60.
4. Felker G.M., Gattis W.A., Leimberger J.D., et al. Usefulness of anemia as a predictor of death and rehospitalizacion in patients with decompensated heart failure. // Am J Cardiol. - 2008. - 92. - 625-8.
5. Куликов В.А. Фремингемское исследование сердца: 65 лет изучения причин атеросклероза// Вестник ВГМУ, 2012, том 11, 2,16-25.
SOLVD: Studies Of Left Ventricular Dysfunction. // N. Eng. J. Med.- 2009. -341. - P.625-634.
6. Беленков Ю.Н. Дисфункция левого желудочка у больных ИБС: современные методы диагностики, медикаментозной и немедикаментозной коррекции. Русский Медицинский Журнал. - 2009. - Том 8. - №17;
7. McMurray J.J., Steward J. Epidemiolodgy, aetiolodgy, and prognosis of heart failure. // Heart. - 2012. - 83. - C. 596-602.
8. Mak G1.Heart failure with multiple comorbidities//Current Treatment in Cardiol. 2016 Mar;31(2):209-16.
9. Berry C., Murdoch D.R., McMurray J.J. Economics of chronic heart failure. // Eur J Heart Failure. - 2011. - 3. - P. 283-291.
10. Anand I.S., Rector Т., Deswal A., et al. Relationship between proinflammatory cytokines and anemia in heart failure. // Eur Heart J. - 2006. -27 
11. Belmar L, De Francisko, et al.Iron deficiency in patients with congestive heart failure:A medical practice that requires greater attention//Nefrologia 2 0 1 6;3 6(3):249–254
12. Valeur N., Olav Wendelboe Nielsen, McMurray J.J.V. et al. Anaemia is an independent predictor of mortality in patients, with left ventricular systolic following acute myocardial infarction. // Eur J Heart Fail. — 2006. -8.- P. 577-584.

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 31.May.2017

Müəllif hüququ

© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

Qulaqcıqların fibrilyasiyasının idarə olunmasına dair Avropa Kardiologiya Cəmiyyəti tövsiyələrinin təkmilləşdirilmiş 2012-ci il varianti

Baxılıb: 300